Dünya futbolu
“Böyük beşliy”in ən yaxşıları: Ter Ştegen və “Barselona”
“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen qapıya ünvanlanan zərbələrin dəf edilməsi faizinə görə Avropanın TOP-5 liqalarında liderlik edir.
Futbolinfo.az xəbər verir ki, alman qolkiper cari mövsümdə İspaniya La Liqasında zərbələrin 84.6 faizində komandasını xilas edib.
Onu Fransanın “Reyms” klubunun qapıçı Yevann Diuf izləyir (83,9%). Nik Poup (“Nyukasl”, İngiltərə – 82,3%) üçüncü, Jeronimo Rulyi (“Vilyarreal”, İspaniya – 82,1%) və Kepa Arrisabalaqa (“Çelsi”, İngiltərə – 82%) növbəti pillələrdə qərarlaşıb. Siyahıya bu mövsüm ən azı 25 qurtarış edən qapıçılar salınıb.
“Barselona” La Liqada keçirdiyi 17 oyundan 13-ündə qol buraxmayıb və qapısında cəmi 6 top görüb. Bu, Avropanın aparıcı çempionatlarında ən yaxşı göstəricidir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”