Ölkə futbolu
“Bu qələbəni çoxdan gözləyirdim” – “Sabah”ın məşqçisi
“Sabah”ın məşqçisi İlkin Hüseynov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda çox danışmaq istəmirəm. Komandam sona qədər mübarizə apardı. Rəqib oyunun ilk dəqiqələrində azlıqda qaldı. Qələbə xoş oldu. Çoxdandı bunu gözləyirdim.
- Sanki bu qələbənin memarı Ramin Quliyev idi.
- Hazırlıq planı həftənin əvvəlində Quliyevin göstərişləri üzrə hazırlanmışdı. İki gün əvvəl komandadan ayrıldı, biz işimizə davam etdik, komandanı oyuna hazırladıq.
- Protokolda baş məşqçi siz göstərilsəz də, kənarda oyunu idarə edən İqor Ponomaryov idi.
- Ponomaryov klubun idman direktorudur. O, komandanın bütün futbolçularını tanıyır və təcrübəlidir. Burada hamı bir yerdə çalışır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək