Bizi izləyin

Müsahibə

Çeran Zaqatala üçün darıxıb: “Azərbaycanda futbol Avropadan çox Özbəkistan liqasına yaxındır”

blank
blank

2013-2015-ci illərdə Azərbaycanda “Simurq”un formasını geyinən, hazırda isə karyerasını Özbəkistan klubu “Paxtakor”da davam etdirən 35 yaşlı serbiyalı hücumçu Draqan Çeranın futbolinfo.az saytına müsahibəsi

– İşləriniz necə gedir?

– İndiyə qədər hər şey qaydasındadır. Həyat öz axarı ilə davam edir.

– Azərbaycanda keçirdiyiniz dövrü necə xatırlayırsınız?

– 2013-2015-ci illərdə orada yaşadım. Azərbaycanda həyatdan həzz aldım. Mənim üçün iki gözəl il alındı.

– Darıxırsınız?

– Həqiqətən də Azərbaycan üçün çox darıxıram. Xüsusən də “Simurq”da birgə çıxış etdiyim komanda yoldaşlarımın hamısından ötrü. Hətta onlardan bir neçəsi ilə hələ də əlaqə saxlayıb, hal-əhval tuturuq.

– Bəs ölkəmizdə ən çox nəyi bəyənmədiniz?

– Nəyisə xüsusi vurğulaya bilmərəm. Bəlkə səfərləri və pis yolları qeyd etmək olar. Ancaq bunlar sadəcə, kiçik xoşagəlməzlikdir.

– Ötən illər ərzində karyeranızı yenidən burada davam etdirmək imkanınız olmayıb?

– Orada kiçik əlaqələrim var. Hansısa formada xırda söhbətlər aparılıb. Amma heç vaxt ciddi bir şey olmayıb.

– Çempionatımızı izləyirsiniz?

– Bəli, izləyirəm. Ancaq müntəzəm diqqətdə saxladığımı deyə bilmərəm. İmkan düşdükcə baxıram.

– Serbiya, Belçika, İsrail, Səudiyyə Ərəbistanı, Şimali Makedoniya və Özbəkistanda oynamısınız. Azərbaycan çempionatının səviyyəsi onlardan hansının liqasına yaxındır?

– Əslində, bu çempionatların hamısı bir-birindən fərqlənir. Amma məncə, Azərbaycanda futbol Avropadan çox Özbəkistan liqasına yaxındır. Bu iki liqa arasında bənzərliklər var.

blank

– “Simurq”da keçirdiyiniz 2 il sizə nə qazandırdı?

– “Simurq”da çox yaxşı iki mövsüm keçirdim. Azərbaycan karyeram həyatıma yeni təcrübə və bəzi yaxşı dostlar gətirdi.

– Hücumçu kimi Azərbaycanda sizə ən çox çətinlik yaradan müdafiəçi kim olub?

– Orada yaxşı müdafiəçilər var idi. Onlardan birini fərqləndirərdim. Bu, həmin vaxt “Bakı”nın formasını geyinən oyunçu idi. Düzü, adı yadımda deyil, amma ispaniyalı olduğunu bilirəm.

– Adətən bura gələn əcnəbilər Bakını arzulayırlar. Zaqatalada yaşamaq çətin deyildi?

– Xeyr, heç bir çətinliyi yox idi. Orada yaxşı dönəm keçirdim. Əla kollektivimiz var idi. Məşqlərdən əvvəl birlikdə vaxt keçirirdik. Zaqatalanın dağları, təmiz havası çox xoşuma gəlirdi.

– Sizdən Azərbaycan haqda soruşanda nə deyirsiniz?

– Əlbəttə ki, orada gördüyüm gözəlliklərdən danışıram. Azərbaycanda iki möhtəşəm ilim oldu və zövq aldım. Mənə daim dəstək və hörmət göstərdiyi üçün Azərbaycan xalqına minnətdaram.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-25 15:47

Premyer Liqanın cari mövsümü tarixə düşdü

blank
Ölkə futbolu2024-04-25 15:33

“Neftçi” Rusiyada beynəlxalq turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 15:16

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

blank
Ölkə futbolu2024-04-25 15:01

Rəşad Sadıqovdan 3/3, əzəli rəqibi üçün əlçatmaz “Qarabağ”

blank
Ölkə futbolu2024-04-25 14:44

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

blank
Dünya futbolu2024-04-25 14:27

Piolini əvəzləməyə daha bir namizəd

blank
Digər idman növləri2024-04-25 14:12

Useyn Boltun təəssüfü

blank
Ölkə futbolu2024-04-25 13:54

Ürfan üçün yubiley

blank
Digər idman növləri2024-04-25 13:39

Azərbaycanın idman gimnastı dünya kubokunun finalında

blank
Ölkə futbolu2024-04-25 13:22

“Şamaxı” rəsmisi Avropa Klublar İttifaqının İdarə Heyətinin üzvü seçilib

blank
Digər idman növləri2024-04-25 13:07

MBA-da fərqli nəticələr

blank
Ölkə futbolu2024-04-25 12:52

Azərbaycan Kubokunda finalçılar bəlli olur

blank
Milli komanda2024-04-25 12:41

Millimiz Minskdə növbəti oyununa çıxır

blank
Ölkə futbolu2024-04-25 12:30

AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək

blank
Digər idman növləri2024-04-25 12:22

“Fənərbağça” qələbə ilə başladı

blank
I Liqa2024-04-25 12:07

I Liqada 23-cü turun təyinatları müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-25 11:52

Finalda təkrarlanan 6-cı cüt

blank
Ölkə futbolu2024-04-25 11:35

Yarımfinalda məhsuldarlıq rekordu

blank
Digər idman növləri2024-04-25 11:18

Avropa çempionatı: 7 cüdoçumuz mübarizəyə başlayır

blank
Dünya futbolu2024-04-25 11:01

Xavinin qalacağı təsdiqləndi

blank
Dünya futbolu2024-04-25 10:44

Premyer Liqada yeni antirekord

blank
Ölkə futbolu2024-04-25 10:27

“Qarabağ” “Neftçi”yə çatdı

blank
Ölkə futbolu2024-04-25 10:10

Sxadadzenin və “Neftçi”nin fiaskosu

blank
Premyer-liqa2024-04-25 09:55

Premyer Liqanın 32-ci turu rəqəmlərin gözü ilə

blank
Ölkə futbolu2024-04-25 09:38

“Zirə” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-25 09:21

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu oldu

blank
Ölkə futbolu2024-04-25 09:04

11 illik “Qarabağ” tilsimi davam etdi

blank
Dünya futbolu2024-04-25 08:49

Ranqnik Bundesliqaya qayıdır

blank
Ölkə futbolu2024-04-25 08:34

“Yurqorden”in baş məşqçisi: “Musanın depressiyaya düşdüyü hiss olunur”

blank
Dünya futbolu2024-04-25 08:17

Xavi “Barselona”da qalmağa qərar verdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm