Dünya futbolu
Dadaşov dubl etdi, komandası darmadağına sevindi
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Finiks Rayzinq” klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Dadaşovun komandası “Las Veqas Layt”la qarşılaşıb. Görüş “Finiks Rayzinq”in 5:1 hesablı qələbəsiylə başa çatıb.
Rüfət də bu matçın iştirakçısı olub. Start heyətində meydana çıxan Dadaşov, “Las Veqas Layt”la oyunda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu, 86-cı dəqiqədə əvəzlənib.
Rüfət Dadaşov ABŞ-ın birinci liqasında 10 qolla bombardirlər siyahısında 3-cü sıradadır. 26 xal toplayan “Finiks Rayzinq” B qrupunun birincisidir.