Ölkə futbolu
“Danışan adamı tanımıram” – Veşoviç Rusiyaya gedir?
“Qarabağ”ın futbolçusu Marko Veşoviç ona Rusiyadan təkliflər gəlməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Futbolinfo.az-a açıqlamasında monteneqrolu müdafiəçi öz agentinin bu barədə heç nə danışmadığını deyib: “Mənim agentim serbiyalı İvan Adziçdir və o, Belqradda yaşayır. Adziç bu barədə heç nə danışmayıb. Başqa danışan adamı da tanımıram. Bu barədə nəsə şərh verməyə ehtiyac yoxdur”.
Xatırladaq ki, bir neçə gün öncə Aleksandr Ristiç adlı bir menecer Veşoviçi öz müştərisi kimi təqdim etmiş və futbolçunun Rusiyaya yollanmağa hazırlaşdığını bildirmişdi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”