Digər idman növləri
Daşkəsəndə rayon birinciliyi
Daşkəsəndə voleybol üzrə rayon birinciliyi keçirilib. 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan yarışda yeniyetmə oğlan və qızlar mübarizə aparıb.
Futbolinfo.az xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarışın keçirilməsində məqsəd rayonda voleybol idman növünün inkişaf etdirilməsi, idmanın kütləviliyinin təmin olunması, yeniyetmə və gənclərin yarış təcrübələrinin artırılması və onlar arasında dostluq əlaqələrinin yaradılması olub. Ümumilikdə 13 komandanın iştirak etdiyi yarış gərgin, eyni zamanda əyləncəli anlarla yadda qalıb.
Sonda qalib komandalar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılıb.
BƏHRUZ MUSAYEV, DAŞKƏSƏN
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”