Dünya futbolu
DÇ-2022: Fransa yığmasında yeni rekordçu
İngiltərənin “Tottenhem” klubunun qapıçısı Uqo Lyoris Fransa milli komandasının tarixinə düşüb.
Futbolinfo.az xəbər verir ki, Qətərdə təşkil olunmuş dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən futbolçuya çevrilib.
143-cü dəfə millinin formasını geyinən çərçivə qoruyucusu Lilian Türama məxsus rekordu (142) yeniləyib. O, həmçinin dünya çempionatlarında ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub – 18 matç.
Xatırladaq ki, Fransa yığması İngiltərə millisinə 2:1 hesabıyla qalib gəlib və yarımfinalda oynamaq şansı qazanıb. Bu komandanın həlledici oyuna vəsiqə uğrundakı rəqibi Mərakeş seçməsi olacaq.
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”