Ölkə futbolu
DÇ-2022: İran yığmasında ciddi itki
İran millisi Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı keçirdiyi B qrupunun ilk tur oyununda ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvand bu matçda ciddi zədə alıb.
Komanda yoldaşı ilə toqquşmadan sonra burnundan xəsarət alan qolkiper matçı davam etdirə bilməyib. Meydanı xərəkdə tərk edən Beyrənvand 19-cu dəqiqədə Hüseyn Hüseyni ilə əvəzlənib.
Xatırladaq ki, Beyrənvand meydanı tərk edəndən sonra İran yığması 6 qol buraxıb və 2:6 hesablı məğlubiyyətə üzülüb.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub