Digər idman növləri
Dünya çempionatında yarımfinal cütlükləri məlum oldu
Dünən keçirilən oyunlardan sonra reqbi üzrə dünya çempionatında yarımfinalçılar müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Fransada keçirilən turnirin bu mərhələsinə Yeni Zelandiya, CAR, Argentina və İngiltərə yüksəlib. Argentina Uelsi, İngiltərə Ficini, Yeni Zelandiya İrlandiyanı və CAR meydan sahibi Fransanı məğlubiyyətə uğradıb.
Oktyabrın 20-də ilk yarımfinal görüşündə Argentina Yeni Zelandiya ilə, ertəsi gün isə İngiltərə CAR-la qarşılaşacaq. Əlavə edək ki, 3-cü yer uğrunda oyun 27-də, final isə 28-də baş tutacaq. Turnirin bundan sonralı bütün oyunları Sen-Deni stadionunda keçiriləcək.
Xatırladaq ki, son dünya çempionatının qalibi CAR komandasıdır. 4 il əvvəl Yaponiyada baş tutan mundialda onlar finalda İngiltərədən üstün olmuşdular.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”