Ölkə futbolu
Emin Mahmudov: “Sabah”la oyuna köklənməliyik”
“Başa düşürük ki, milli komandanın nəticələri yaxşı deyil. Çalışırıq ki, yaxşı oynayaq və qalib gələk. Amma alınmadı”. Bu sözləri futbolinfo.az-a açıqlamasında Azərbaycan yığmasının üzvü, “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.
O, millimizin Lüksemburq və Qətərə qarşı keçirdiyi oyunlardan danışıb: “Üzərimizdə işləməliyik, oyunumuza baxmalıyıq. Daha yaxşı olmaq lazımdır. İnanıram ki, bundan daha yaxşısı etməyə qadirik. Millidə oynamaq özü bir motivasiyadır. Qol vururam, amma bu komandaya qələbə gətirmədiyi üçün sevinə də bilmirik”.
Mahmudov “Neftçi”nin də Azərbaycan çempionatında son iki matçda uduzmasına da toxunub: “İnanıram ki, durumu dəyişəyəcik. Çatışmazlıqları düzəltmək lazımdır, oyunumuzu tam ortaya qoymalıyıq. Əsas odur ki, qarşıdakı matçda “Sabah”a qalib gələk. Ona köklənməliyik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək