Dünya futbolu
“Ferentsvaroş”dan “Union Berlin”ə 4 milyonluq transfer
Almaniyanın “Union Berlin” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi Tunis yığmasının və Macarıstanın “Ferentsvaroş” klubunun yarımmüdafiəçisi Ayssa Laydunini transfer edib.
26 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları isə açıqlanmayıb. Almanlar bu transfer üçün Macarıstan klubuna 4.1 milyon avro ödəyiblər.
Layduni peşəkar karyerasına Fransanın “Anje” klubunda başlayıb. Yarımmüdafiəçi bu ölkədə “Le-Erbye” və “Şambli” klublarında oynayıb. 2018-2020-ci illər aralığında Rumıniyanın “Voluntari” klubunda forma geyinmiş Layduni, “Ferentsvaroş”a da 2020-ci ildə məhz bu komandadan transfer olunub – 600 min avroya. Yarımmüdafiəçi “Ferentsvaroş”un heyətində meydana çıxdığı 103 oyunda 9 qol vurub, Tunis millisində isə 28 oyuna 1 dəfə fərqlənib.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”