Dünya futbolu
Fernandes bu göstəricidə hamını qabaqlayır
“Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes bu mövsüm oynadığı dəqiqələrə görə Avropanın TOP-5 liqalarının lideridir.
Futbolinfo.az xəbər verir ki, 28 yaşlı portuqaliyalı futbolçu bu mövsüm bütün yarışlarda 43 oyun keçirib, 4320 dəqiqə meydanda olub. Fernandes 8 qol vurub, 12 məhsuldar ötürmə edib.
Fernandesdən başqa, oynadığı dəqiqələrə görə ilk 5-liyə “Tottenhem”in hücumçusu Harri Keyn (3895), “Real”ın vingeri Vinisius Junior (3891), “Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes (3791) və “Liverpul”un qapıçısı Alisson (3770) da daxildir.
Bruno Fernandes 2020-ci ilin yanvarından “Mançester Yunayted”də çıxış edir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”