Bizi izləyin

Ölkə futbolu

Futbolumuzda gürcü izi: Tsxadadze və gətirdikləri

blank
blank

“Hətta Mourinyo da gəlsə, xeyri yoxdur” – bu fikri futbol mütəxəssisləri və yerli azarkeşlərimiz tez-tez işlədir. Səbəbi məlumdur. Dünyanın hər yerində futbol eyni qaydalarla oynasa da, hər çempionatın spesefik özəllikləri var.

Ən güclü çempionatlarda ən güclü məşqçilər işləyirsə, aşağı səviyyəli liqalarda ad-san qazanmayan mütəxəssislər fəaliyyət göstərir. Bizim kimi ölkələrdə isə ya Con Benjamin Toşak, Mustafa Dənizli, Vilfred Şefer və Yuri Syomin kimi yaxşı pula gələnlər, ya da Anatoli Demyanenko, Roberto Bordin və Rasim Kara kimi özünü sübut etmək istəyən əcnəbi mütəxəssislər çalışır. Belə kateqoriya ilə siyahını daha da uzatmaq olar. Amma biz bu kateqoriyanı regionlara görə bölmək istərdik.

Azərbaycan kimi aşağı səviyyəli futbol ölkəsindən dəvət almaq nə qədər asan olsa da, buradan baş çıxartmaq çətindi. Ona görə də 30 illik müstəqillik tariximizdə Azərbaycan çempionatında yalnız 3 əcnəbi mütəxəssis çalışdırdığı komandalara çempionluq sevinci yaşadıb. Söhbət  Valentin Xodukin, Kaxaber Tsxadadze və Qyoko Haciyevskidən gedir. Xodukinlə Tsxadaze “İnter”ə, Haciyevski isə “Bakı”ya qızıl medallar qazandırıb. Ukrayna, Gürcüstan və Makedoniyanı təmsil edən bu məşqçilərdən sonra Azərbaycanda digər əcnəbilər çempionatın baş mükafatına sahib çıxa bilməyibsə, deməli, burada baş çıxarmaq hər məşqçinin işi deyil.

Regionlara görə bölgüdən danışdıqsa, yaxşısı budur, bu 3 məşqçinin ölkələrinə görə ölkəmizdə işləyən mütəxəssislərədən söz salaq. Başlayaq, Kaxaber Tsxadadzenin vətəni olan qonşu Gürcüstandan. Elə birinci Kaxayla yola çıxaq.

Məşqçilik fəaliyyətinə 2001-ci ildə Tiflis “Lokomotiv”i ilə başlayan Tsxadadze daha sonra ölkənin flaqmanı “Dinamo”da işləyib, oradan “Sioni”yə üz tutdusa, Azərbaycana 2008-ci ildə “Standart”ın dəvəti ilə gəldi. Bir il sonra “İnter”in “sükanı arxasına” keçən Kaxa 5 il ərzində “bankirlər”i çalışdırdı. 2005-ci ildə “Dinamo”nu, 1 il sonra “Sioni”ni çempion edən Kaxaber 2010-cu ildə ölkəsindən kənarda ilk dəfə məşqçi kimi uğur qazandı. Bəli, məhz onun başçılığı altında “İnter” 2009/10 mövsümündə Azərbaycan çempionu oldu.

Sonrakı illərdə “İnter” sabit çıxışı ilə yadda qalsa da, Tsxadaze çempionluğun ardını gətirə bilmədi. 2014-cü ildə Azərbaycanı tərk edən Kaxaber növbəti il Gürcüstan millisinin başına keçsə də, Almaniya, Polşa, İrlandiya, Şotlandiya və Cəbəllütariq yığmaları ilə eyni qrupa düşən komandası 5-ci yeri tutdu. Onun başçılığı altında gürcülər 2 dəfə Cəbəllütariqi, 1 dəfə isə Şotlandiya millisini məğlub edərək seçmə mərhələni 9 xalla başa vurdu.

Daha sonra Qazaxıstana üz tutan Tsxadadze bir il ərzində “Kayrat”ı çalışdırdı. Onun başçılığı altında Alma-Atı klubu gümüş medala sahib çıxdı və ölkə superkubokunun qalibi oldu. 2017-ci ildə Qazaxıstanı tərk edən Tsxadadze bir il sonra yenidən bu ölkəyə qayıdıb “Ordabası”nın “sükanı arxasına” keçdi. Şimkent klubu onun başçılığı arasında 2 il ərzində 3 və 5-ci yerlərə sahib çıxdı.

Daha sonra Gürcüstana qayıdaraq sabiq komandası “Dinamo”nu təhvil alan Kaxaber bir il tiflislilərə ölkə çempionluğu qazandırdı. Yola saldığımız mövsüm Batumi “Dinamo”su çempion olunca, Tsxadadze yayda postundan getdi.

Tsxadadzenin özü ilə birgə ölkəmizə gətirdiyi həmyerlisi Georgi Çixradze 2012-ci ilə qədər “İnter”də köməkçi məşqçi çalışandan sonra “Simurq”a üz tutdu. Zaqatala klubunda 3 il baş məşqçi kimi fəaliyyət göstərən gürcüstanlı mütəxəssis yenidən Gürcüstan yığması və “Kayrat”da Tsxadadze ilə birləşdi. 2017-ci ildə yenidən müstəqil məşqçi olmaq istəyən Çixradze Kiprə yola düşərək Axna şəhərinin “Etnikos” klubunun söz sahibinə çevrildi.  Amma onun komandası 1 mövsümə 1 qələbə, 5 heç-heçə və 20 məğlubiyyətlə 8 xal toplayaraq elitanı tərk etdi. Bu rüsvayçılıqdan sonra o, yenidən Tsxadadzenin ağuşuna atılaraq “Ordabası”da köməkçi məşqçi kimi fəaliyyət göstərdi. Son 3 ildə Georgi işsizdi.

Azərbaycanda fəaliyyət göstərən Tsxadadzenin daha bir “əlaltısı” Zaur Svanadze olub. 2005/06 mövsümündə Tiflis “Dinamo”sunda Kaxanın köməkçisi kimi çalışan Zaur həmyerlisi Çixradzenin “Simurq”a getməsindən sonra “İnter”ə gəldi. Kaxaber “bankirlər”dən ayrılandan sonra daha bir il bu klubda köməkçi-məşqçi kimi çalışan Svanadze 2016/17 mövsümündə komandanın əsas çalışdırıcısı kimi təsdiqləndi. 2017-ci ildə ölkəmizi tərk edən Svanadze elə həmin ilin sonunda yenidən ölkəsinin ən titullu klubu olan “Dinamo”dan dəvət aldı. Bir il bu klubda köməkçi-məşqçi kimi çalışan Zaur 2018-ci lin noyabrın 11-dən 2019-cu ilin martın 8-nə qədər əsas məşqçi oldu.

Daha sonra “Dinamo” rəhbərliyi ispaniyalı mütəxəssis Feliks Visenteni yuxarı başda əyləşdirib yenidən Svanadzeni ona köməkçi kimi təhkim etdi. Bu günə qədər də “Dinamo”da baş məşqçilər dəyişir, Svanadze isə “ikincilik” mövqeyini qoruyur. Yola saldığımız mövsüm başa çatan kimi o, Tsxadaze ilə birgə “Dinamo”nu tərk edib.

Nəhayət, ölkəmizdə çalışan 4-cü gürcü mütəxəsis Revaz Dzodzuaşvili haqqında bir neçə kəlmə. Hərçənd digər 3 mütəxəssislə müqayisədə Dzodzuaşvili SSRİ-də ad çıxaran biri olub. O, 1972-ci ildə SSRİ millisi ilə futbolçi kimi Avropa çempionatında gümüş, Münhen Olimpiadasında bürünc medal qazanıb. Məşqçi kimi Azərbaycana qədər Rusiya, Ukrayna, Litva və Səudiyyə Ərəbistanı klublarında işləyən Dzodzuaşvili 2010-cu ildə “Turan”dan dəvət aldı.  12 komanda arasında “Turan”ı 10-cu yerdə qoyub gedən Revaz düz 3 il işsiz qaldı. 2014-cü ildə Kutaisi “Torpedo”suna qısa vizitdən sonra yenə də 3 il istirahət götürdü. 2017-ci ildə “Suxumi”dən təklif alan Dzodzuaşvili elə həmin il ölkəsinin “Meşaxte” komandasına keçdi və burada da çox qərarlaşa bilmədi.

Növbəti yazımızda ölkəmizdə işləyən ukraynalı məşqçiləri yada salacağıq.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-06 19:00

Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb

blank
Digər idman növləri2024-05-06 18:38

Romadakı turnirin püşkü atıldı

blank
Premyer-liqa2024-05-06 18:28

“Səbail” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-06 18:19

Nazir Avropa çempionunu qəbul etdi

blank
Digər idman növləri2024-05-06 18:00

Bakı dünyanın “İdman Paytaxtı” seçilib

blank
Digər idman növləri2024-05-06 17:45

AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü

blank
Dünya futbolu2024-05-06 17:31

Ferran icarəyə gedəcək

blank
Digər idman növləri2024-05-06 17:17

Azərbaycan üzgüçülərindən Rusiyada 9 medal

blank
Digər idman növləri2024-05-06 17:02

“Kür” və “Bakı”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-06 16:48

Ulduz cütlük ayrıldı

blank
Digər idman növləri2024-05-06 16:31

Yarımfinal oyunlarının tarixləri dəqiqləşdi

blank
Digər idman növləri2024-05-06 16:16

Azərbaycanı AÇ-də 22 samboçu təmsil edəcək

blank
Ölkə futbolu2024-05-06 16:01

Ayaz baxımlı qolundan danışdı: “Lakin əsas olan qələbədir”

blank
Dünya futbolu2024-05-06 15:47

“Tottenhem” Riçarlisondan narazıdır

blank
Milli komanda2024-05-06 15:32

Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi

blank
Digər idman növləri2024-05-06 15:15

Bakıda keçirilən Dünya Kubokunda növbəti mükafatçılar bəlli oldu

blank
Milli komanda2024-05-06 15:01

Azərbaycan yığmasının seçmə mərhələdəki oyunlarının vaxtı bəlli oldu

blank
Ölkə futbolu2024-05-06 14:46

“Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq”

blank
Ölkə futbolu2024-05-06 14:31

“Araz-Naxçıvan”ın kapitanı: “Sözümüzü meydanda deyəcəyik”

blank
Ölkə futbolu2024-05-06 14:16

AFFA Region Liqasının yarımfinal mərhələsinin təqvimi açıqlandı

blank
Digər idman növləri2024-05-06 14:00

“Real” Korkmazla müqavilə imzalamağa yaxındır

blank
Ölkə futbolu2024-05-06 13:45

Qapıçının ilk qol ötürməsi

blank
Digər2024-05-06 13:28

Misli.az ilə “Avro-2024”ün final oyununa səyahət paketi qazan

blank
Milli komanda2024-05-06 13:09

Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”

blank
Digər idman növləri2024-05-06 12:52

“Yarımfinal daha sərt keçəcək” – “Xəzri”nin baş məşqçisi

blank
Digər idman növləri2024-05-06 12:35

ATP-nin yeni reytinq cədvəli

blank
Digər idman növləri2024-05-06 12:18

Mitçellin məhsuldarlığı komandasının işinə yaradı

blank
Digər idman növləri2024-05-06 12:01

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisinin məhkəməsi keçirilir

blank
Ölkə futbolu2024-05-06 11:44

FİF Qərb klublarını Gəncəyə topladı

blank
Digər idman növləri2024-05-06 11:29

Nadal məşqlərə başladı, onu məğlub edən tennisçi turnirdən imtina etdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm