Digər idman növləri
Gəncədə basketbol yarışı bitdi
Gəncədə basketbol üzrə şəhər birinciliyinin qalibləri müəyyənləşib. Yerli olimpiya idman kompleksində 2 yaş qrupunda oğlanlar arasında təşkil edilən yarışın təltifetmə mərasimində fəxri yerlərdə qərarlaşan komandalar mükafatlandırılıb.
2011-2012-ci il təvəllüdlü basketbolçuların mübarizəsində “Gəncəli” komandası 1-ci, “Məhəllə” 2-ci, “Cəsurlar” 3-cü yerə layiq görülüb. 2009-2010-cu il təvəllüdlülərin yarışda isə “Gəncə” basketbol klubunun komandası qızıl, “Nizami” gümüş, “Məhəllə” bürünc medala yiyələnib.
İdmançılar diplom, medal və kubokla təltif ediliblər.
BƏHRUZ MUSAYEV, GƏNCƏ
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”