Bizi izləyin

Ölkə futbolu

Həm Avropa Liqası, həm də alman sindromuna son qoymaq üçün…

blank
blank

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son oyununda həyati əhəmiyyətli oyuna çıxacaq. Tarixi bir oyun demirik, çünki Ağdam klubu dəfələrlə son turda tarixə düşə biləcək görüşlər keçirib. Təkcə 2014/15 mövsümündə “İnter”lə Bakıda 0:0 hesabı ilə başa çatan oyunu xatırlamaq kifayətdir. Həmin görüşdə də “Qarabağ”ın son dəqiqələrdə sayılmayan qolu…

Hərçənd, Qurban Qurbanovun komandası bu gün “Frayburq”u məğlub etsə, bu həyati əhəmiyyətli oyun tarixi əhəmiyyət kəsb edəcək. Çünki təmsilçimiz tarixində ilk dəfə Avropa Liqasında qrup mərhələsi səddini adlaya biləcək. Əslində, “köhlən atlar” ötən mövsüm Konfrans Liqasında bunu bacararaq ilkə imza ata bilmişdi. Hətta bu, Konfrans Liqasında ilk cəhddə reallaşmışdı. Amma “Qarabağ” bugünə qədər 6 dəfə Avropa Liqasında Azərbaycan futbol ictimaiyyətinə sevinc yaşatmaq istəsə də, istəyinə nail ola bilməmişdi.

Belə baxanda, “Qarabağ” hər dəfə növbəti mərhələyə vəsiqə qazanmaq şansını da əldə edə bilmirdi. Bugünə qədər təmsilçimiz 6 dəfə bu turnirdə oynayıbsa, yalnız 2 dəfə şansını son tura saxlayıb. Bunlardan biri yuxardıa qeyd etdiyimiz kimi, 2014/15 mövsümündə “İnter”, “Dnepr” və “Sent-Etyenn”lə eyni qrupda qərarlaşdığımız vaxt idi. İkincisi də ki, 2016/17 mövsümü. Yəqin ki, xatırladınız. “Fiorentina”, PAOK və “Slovan Liberets”in əhatəsində olan “Qarabağ” sona bir tur qalmış florensiyalıların iddiasızlığının qurbanına çevrildi. Belə ki, ilk 4 turda qazandığı qələbələrin hesabına pley-offa vəsiqəni təmin edən “Fiorentina” 5-ci oyununda evdə PAOK-a heç bir müqavimət göstərmədi və 2:3 hesabıyla məğlub oldu. Halbuki, “Qarabağ” bu PAOK-u hər iki oyunda, özü də quru hesabla məğlub etmişdi.

Təbii ki, həmin qrupda “Slovan”a 4 xal bağışlayan Ağdam klubu ilk növbədə özünü günahlandırmalı idi. Amma yenə də son tura şans var idi. Di gəl ki, evdə PAOK-la oyunu yola verən “Fiorentina”nın “qeyrət damarı tutdu” və Bakıda “Qarabağ”ı udub getdilər. “Qarabağ”la oyunlarda “son damla qanına qədər” döyüşən “Slovan” da Saloniki də PAOK-a heç bir müqavimət göstərə bilmədi və 0:2 hesabıyla məğıub olaraq təmsilçimizi pis vəziyyətdə qoydu.

Bu dəfə isə “Qarabağ”ın taleyi öz əlindədir. Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə “Frayburq”u məğlub etsə, Yunanıstanda keçiriləcək “Olimpiakos” – “Nant” oyununun nəticəsi əhəmiyyətini itirəcək. Amma qrup liderliyini təmin edərək Bakıda formal oyuna çıxacaq “Frayburq”la görüşdə xal itkisi nəticəsində gözlərimizi Pireydəki oyuna yönəldəcəyik. Orada “Olimpiakos” “Nant”ı büdrədə bilsə, Bakıda “Frayburq”a məğlubiyyət də faciəyə çevrilməyəcək. Çünki Pireydə 1 xal qazanacaq “Nant” “Qarabağ”la eyni xala malik olacaq ki, onda da təmsilçimiz şəxsi görüşlərin nəticəsinə görə Avropa Liqasının 1/16 finalına vəsiqə qazanacaq.

Bu, hamının bildiyi məqamlardır. Yaxşısı budur, bilmədiyimiz, məqamlardan danışaq. Bilmədiymiz məqam isə “Frayburq”un Bakıda hansı heyətlə meydana çıxacağı məsələsidir. Dünən keçirilən mətbuat konfransında Almaniya klubunun baş məşqçisi Kristian Ştrayx hansı heyəti meydana çıxaracağını dilə gətirməyəcəyini bildirdi. İndiki məqamda isə bu, ən aktual məsələ olaraq qalır. Çünki “Frayburq” şanslarını davam etdirsəydi və yaxud qrup qalibi olmaq üçün yarışsaydı, almaniyalı mütəxəssis demək olar ki, əsas heyətin oyunçularına şans verəcəkdi.

İlk oyundan qabaq da “Frayburq”a aid həsr etdiyimiz yazıda Ştrayxın əlinin altında iki eyni səviyyəli komanda olmadığını bildirmişdik. Ona görə də bu məşqçi hər turnirdə demək olar ki, eyni heyətə şans verir. Bu dəfə isə “Frayburq” cari mövsüm ən əhəmiyyəsiz oyununa çıxır. Bəli, komanda Bundesliqa, Almaniya Kuboku və Avropa Liqasında bu mövsüm keçirdiyi hər oyunda hanısa məqsəd üçün döyüşürdüsə, bu dəfə udsa da, uduzsa da, mövqeyini itirməyəcək. Klub yalnız büdcəsini UEFA tərəfindən əlavə ödənişlə artıra bilər ki, bu da artıq başqa məsələdir.

Hər halda, Ştrayx da aparıcı oyunçularını UEFA-dan gələn pula görə “qumara qoymaz”. Ona görə Ştrayxın Bakıda hansı heyətlə oynayacağını müəyyənləşdirmək mümkün deyil. Tam ikinci heyətin meydana çıxacağını da əminliklə söyləmək çətindir. Ola bilər ki, əsas heyətin bəzi üzvləri ilə şans qazana bilməyənlər arasında nəsə bir “hibrid” formalaşsın. Amma ehtimal etmək olar ki, bu mövsüm  şans qazana bilməyən “Frayburq”un cinah hücumçusu Roland Şallai əsas heyətdə yer alacaq. Belə ki, oyundan əvvəl mətbuata açıqlama verən macarıstanlı futbolçu artıq məşqçi ilə danışdığını və meydana çıxmağa hazır olduğunu söyləyib.

Rəqibin hansı heyətlə meydana çıxacağını müəyyənləşdirmək mümkün olmadığından Qurban Qurbanov da müəyyən problemlərlərlə üzləşəcək. Bu oyunda uğur qazanmaq üçün daha çox komandanı psixoloji cəhətdən yaxşı hazırlamaq lazımdır. İndiyə qədər Almaniya komandalarına qarşı keçirdiyi bütün oyunlarda məğlub olan “Qarabağ” birinci bu məqamı ağlının ucundan çıxartmalıdır.

Əslində, “Frayburq” səfərində ilk 15-20 dəqiqəni istisna etsək, təmsilçimiz bir Almaniya komandasına qarşı necə oynamaq lazım olduğunu göstərdi. Yəni, “Braysqau braziliyalıları” hər nə qədər cari mövsüm Bundesliqa və Avropa Liqasında inamlı təsir bağışlasa da, vaxtilə “Qarabağ”ın uduzduğu Dortmund “Borussiya”sı və “Ayntraxt” qədər təhlükəli deyil. Ən azı o komandaların zəngin avrokubok təcrübəsi və nüfuzu var idi. “Frayburq” isə bu yöndə indi-indi addım atır. Həm də ki, “Qarabağ”da artıq əvvəlki illərdəkli kimi təcrübəsiz deyil. Bu komandanın əsas özəlliyi fiziki cəhətdən möhkəm olmasıdır. Komandamızın rəqibə qarşı boğucu pressinq tətbiq etməsini heç vaxt görməmişik. Ancaq indi tam fərqli komandanı izləyirik.

Yaxşı, bəs Qurbanov “Frayburq” qarşısına hansı heyətlə meydana çıxmalıdır? Hər nə qədər səhvləri olsa da, Şahrudin Məhəmmədəliyevin yenə qapını qoruyacağı şübhəsizdir. Mərkəz müdafiəçiləri ilə bağlı məsələdə böyük ehtimalla Qurbanov Bəhlulun yanına Medinanı təhkim edəcək. Kevin “Nant”la oyunda ümidləri doğrultmasa da, Bədavinin zədəsi başqa çıxış yolu qoymur.

Müdafiənin cinahları isə böyük ehtimalla Marko Veşoviçlə Toral Bayramova həvalə ediləcək. Veşoviç dəqiqdir, Bayramov da son oyunlarda Cəfərquliyevi heyətdən sıxışdırıb. Amma “Frayburq”la səfər matçında da Toralın qapımıza penalti gətirdiyini və ikinci qolun müəllifi Ritsu Doanın qarşısını ala bilmədiyini unutmayaq. Səhvini düzəltmək üçün əla imkanı var. Amma Ştrayx da az aşın duzu deyildi. “Qarabağ”ın bu cinahının zəif olmasını yaxşı bilirdi və oradan istifadə etdi. Yenə də yararlana bilərlər.

Adətən, belə vəziyyətdə Qara Qarayev cinah müdafiəçilərinin köməyinə gəlir. Bu dəfə onun da meydana çıxacağı sual altındadır. Filip Ozobiçin oynamayacağı isə dəqiqdir. Son vaxtlar Quranov Filipi əsas heyətdə döyüşə atmırdı. Amma “Nant”la görüşdə ona imkan yaratdı və xorvatiyalı penalti qazanıb özü də ondan yararlandı. Əslində, Qurban bəyin “Şamaxı” ilə oyunda onu meydana salması çox qəribə görünürdü. Adətən məşqçi belə oyunlarda döyüşə atdığı futbolçuları avrokuboklarda start heyətinə salmır. Belə çıxır, Ozobiç “Frayburq”la oynamayacaqdı. O, zədələndi və bu dəfə oynamayacağı dəqiqləşdi.

Bəs, Qara da olmasa kimə ümid bəsləyəcəyik? Belə vəziyyətdə Riçard Almeydayla Marko Yankoviçin meydana çıxacağını gözləmək olar. Böyük ehtimalla, onların qarşısında Kadi Borges qərarlaşacaq. Belədə Şeydayev sağa, Zubir isə sola çəkiləcək. İrəlidə isə Kvabena forma geyəcək. Amma Qara meydana çıxsa, Kadi ənənəvi yerinə qayıdıb Şeydayev oyuna sonradan çıxa bilər.

Amma “Qarabağ” hansı heyətlə meydana çıxmasından asılı olmayaraq, meydanın mərkəzini rəqibə verməməli, cərimə meydançası həndəvərində qayda pozmamalı və künc zərbələrində ehtiyatlı olmalılıdır. Ümumiyyətlə, “Frayburq”un künc zərbələrinin sayını nə qədər çox azaltsaq, bir o qədər qulağımız dinc olacaq. Rəqibin cinah hücumlarını da minimuma endirmək lazımdır. “Frayburq”un “qanadları qırılsa” meydanda “uça bilməyəcək”. Hücum planında isə dadımıza ancaq pressinq çata bilər. Hə, bir də mümkün qədər müdafiənin arxasına top atmağı bacarmalıyıq. “Frayburq” belə hallarda həmişə çətin vəziyyətə düşür. Bir də ki, qapıda Flekken qərarlaşsa, yenə də uzaqdan zərbələrdən yararlanmalıyıq. Amma çətin ki, bu oyunda Mark şans qazana. Əsas odur ki, “Qarabağ” şans qazansın. Bu imkanı əldən qaçırtmaq olmaz…

AĞA

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-26 01:34

“Mançester Siti”dən darmadağın

blank
Dünya futbolu2024-04-26 01:22

“Roma” yarıda qalmış matçı qalib başa vurdu

blank
Digər idman növləri2024-04-26 00:24

Azərbaycan çempionatında 3-cü günün qalibləri bəlli oldu

blank
Digər idman növləri2024-04-25 23:33

Yığmamız Avropa çempionatını 2 bürünc medalla bitirdi

blank
Digər idman növləri2024-04-25 23:10

Raman Saleydən Avropa çempionatında üçüncü medal

blank
Digər idman növləri2024-04-25 22:43

Azərbaycan çempionatının qalibi bəlli oldu

blank
Digər idman növləri2024-04-25 22:29

Boksçumuz AÇ-də bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-25 22:08

“Xırdalan” 4-cü oldu

blank
Digər idman növləri2024-04-25 21:15

Azərbaycan cüdoçusu AÇ-nin finalında uduzdu

blank
Digər idman növləri2024-04-25 20:54

2027-ci ildə ilk böyük turnir Səudiyyə Ərəbistanında olacaq

blank
Ölkə futbolu2024-04-25 20:43

Azərbaycan kubokunun finalçıları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-25 20:35

“Rolan Qarros”da daha bir korta dam quraşdırıldı

blank
Digər idman növləri2024-04-25 20:17

“İkinci olmaq üçüncü olmaqdan daha yaxşıdır”

blank
Dünya futbolu2024-04-25 20:00

“Real”ın qapıçısı sıraya döndü

blank
Digər idman növləri2024-04-25 19:38

Azərbaycan gimnastları Bolqarıstandakı turnirdə iştirak edəcək

blank
Ölkə futbolu2024-04-25 19:19

“Sabah” U-19 Gənclər Liqasının qalibi oldu

blank
Ölkə futbolu2024-04-25 19:00

“Qaradağ Lökbatan” MOİK-lə “sülh bağladı”

blank
Ölkə futbolu2024-04-25 18:46

Maliyyə menecerləri üçün seminar keçirildi

blank
Ölkə futbolu2024-04-25 18:32

Azərbaycan millisi Özbəkistan yığmasına məğlub oldu

blank
Digər idman növləri2024-04-25 18:15

AVF prezidenti voleybol klubunun ilk məşqini izləyib

blank
Digər idman növləri2024-04-25 18:00

Azərbaycanlı məşqçilərə sertifikatlar təqdim olundu

blank
Müsahibə2024-04-25 17:42

Ceyhun üçün 5 final oyunu: “Qarabağ” haqda daha sonra düşünəcəyik”

blank
Ölkə futbolu2024-04-25 17:27

Azərbaycanın FIFA referisi Terimin komandasının oyununa təyinat aldı

blank
Digər idman növləri2024-04-25 17:27

Azərbaycan taekvondoçuları Estoniyada turnirə qatılacaqlar

blank
Ölkə futbolu2024-04-25 17:10

Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub

blank
Dünya futbolu2024-04-25 16:53

Xavi “Barselona”da qaldı – RƏSMİ

blank
Ölkə futbolu2024-04-25 16:39

PSJ-nin prezidentindən “Qarabağ”a təbrik

blank
Dünya futbolu2024-04-25 16:35

Mbappedən PSJ-də daha bir rekord

blank
Digər idman növləri2024-04-25 16:19

Çili gələn il dünya çempionatını qəbul edəcək

blank
Dünya futbolu2024-04-25 16:00

Vinisius Nadalla şəkilni paylaşdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm