Bizi izləyin

Ölkə futbolu

Haciyevski: klubla yanaşı yığmamızı da çalışdırmış yeganə məşqçi

blank
blank

Azərbaycan futbolunda postsovet məkanının təsiri həmişə hiss olunub. Keçmiş SSRİ ölkələrindən olan futbolçu və mütəxəssislər bura daha tez uyğunlaşır. Amma bizim çempionata Avropadan da tez-tez axın olur. Bu mənada futbolçular daha çox üstünlük təşkil etsələr də, məşqçilər də az deyil. Hətta bundan əvvəlki yazılarımızda Qyoko Haciyevski kimi Avropadan gələn məşqçinin “Bakı”nı çempion etdiyini xatırlatmışdıq. Bu mövzuya aid son yazımızda avropalı məşqçilərin Azərbaycan macərasından danışacağıq.

Elə mövzuya Haciyevskidən başlayıb keçmiş Yuqoslaviya məkanının digər mütəxəssisləri ilə davam edəcəyik. Qyoko əcnəbi məşqçilər arasında həm klublarımızdan birini, həm də yığmamızı çalışdıran yeganə müətəxissisdir. 2009-cu ildə “Bakı”dan, 2011-ci ildə isə “Simurq”dan ayrılan makedoniyalı çalışdırıcı bizdən sonra Səudiyyə Ərəbistanını “Nacran”, “Əl-Taavun”, “Əl-Qadisiyyə”, BƏƏ-nin “Xatta”, “Əl-Dafra” və “Emireyts” və “Hacer” klublarında işləyib. Ötən mövsümün sonunda isə o, Səudiyyə Ərəbistanının “Hacer” klubunu tərk edib. Bu müddət ərzində isə ölkəsinin “Pelister” və “Belasitsa” klublarında işləyib.

Bosniya və herseqovinalı mütəxəssis Almir Hurtiç 2009/10 mövsümündə “Muğan”da uğursuz fəaliyyətdən sonra 2016-cı ildə ölkəsinin “Sarayevo” klubunda qısa fəaliyyət göstərib.  Onun həmyerlisi Kamal Alispahiç 2012-ci ildə “Rəvan”da işlədikdən sonra ölkəsinin “Yedinstvo”, “Çelik”, Tacikistanın gənclərdən ibarət millisi, Səudiyyə Ərəbistanın “Nacran”,  “Əl-Qaysuma” və İordaniyanın “Əl-Ramta” klublarında çalışıb. Onun son iş yeri 2020/21 mövsümündə Yaponiyanın “Totiqi” komandasında olub.

Azərbaycanda işləyən serbiyalı mütəxəssislərdən çox yazmaq olar. Məsələn, onların arasında 2013/14 mövsümündə “Bakı”nı çalışdıran Milinko Pantiçi xüsusi qabartmaq olar. O, burada işlədikdən sonra 2 il işsiz qalmış, 2016-cı ildə Çinin “Dalyan Lifanq” klubunda qısa fəaliyyət göstərmişdi.

Mladen Milinkoviç 2018-ci ildə “Keşlə”də uğursuzluqdan sonra İsveçin “Sirianska” klubunda qısa fəaliyyət göstərib. Amma elə həmin il Monteneqroya gedib, ardıcıl iki mövsüm “Buduçnost”u ölkə çempionu edib, üstəlik, komandaya ölkə kubokunu da qazandırıb.

Monteneqrolu mütəxəssis Bojidar Bandoviç isə 2012/13 mövsümündə “Bakı”da işlədikdən sonra Taylanda yola düşərək 6 il ərzində “Buriram Yunayted”, “BEK Tero Sasana” və “Sisaket” klublarında işləyib. Zarafat deyil, Bandoviç Taylandda işlədiyi müddətdə çalışdırdığı komandalara iki dəfə ölkə çempionluğu və bir dəfə ölkə kubokunu qazandırıb. Ötən mövsüm isə o, Hindistanın “Çennain” klubunda fəaliyyət göstərib.

Klublarımızda fəaliyyə göstərən xorvatlara gəlincə, 2019/20 mövsümündə “Sabah”da işləyən Jelko Sopiç Masazır klubundan ayrıldıqdan sonra hələ də işsizdir.

İndi də keçək Azərbaycanda xeyli məşqçiləri təmsil olunan qardaş ölkə Türkiyəyə. Əlbəttə, ilk olaraq “Xəzər Lənkəran”da qismən uğurlu fəaliyyəti ilə yadda qalan Rasim Karadan başlamaq daha məqsədəuyğun olardı. 2004-09 illər aralığında ölkəmizdə fəaliyyət göstərən, bu müddət ərzində cənub təmsilçisi ilə yanaşı “Qarabağ”ı da çalışdıran Kara ölkəmizdən ayrıldıqdan sonra məşqçiliklə məşğul olmayıb. O, bu müddət ərzində yalnız Türkiyə Futbol Federasiyasında müəyyən vəzifəni tutub.

Azərbaycanda işləyən ən məşhur türkiyəli mütəxəssis isə Mustafa Denizli olub. 2013/14 mövsümündə “Xəzər Lənkəran”ı çalışdırdıqdan sonra “Qalatasaray”, “Əskişəhərspor”, “Kasımpaşa”, “Traktor” və “Altay” klublarını oyunlara hazırlayıb. Bu müddət ərzində Denizlinin ən böyük uğuru “Qalatasaray”a ölkə kubokunu qazandırmaq və “Altay”ı superliqaya qaytarmaq olub.

Ancaq kim nə deyir desin, Azərbaycan çempionatında özünü evindəki kimi hiss edən mütəxəssis Naci Şensoy olub. 2002/03, 2004/05 mövsümlərində və 2012-ci ildə “Turan Tovuz”da işləyən Şensoy buradan getdikdən sonra yenidən Türkiyə və Yuqoslaviya məkanında gəzintiyə çıxıb – Albaniyanın “Bilis” və “Kukesi”, Türkiyənin “Gənclərbirliyi”, Bolqarıstanın “Pirin”, Makedoniyanın “Pelistyer” və “Makedoniya” klublarında işləyib.

Daha çox futbolçu kimi xatırladığımız, sonradan məşqçilik karyerası yaşayan Oğuz Çetinlə Bülent Korkmaz da ölkəmizdə çalışdıqdan sonra vətənlərinə qayıdıb müyyən mənada “çullarını sudan çıxara bilib”. 2014-cü ildə “Xəzər Lənkəran”da fəaliyyət göstərdikdən sonra Oğuza özünə klub tapmaq çətin olub. 2017-ci ildə “Böyükşəhər Qaziantepspor” klubundan sonra isə heç bir klubdan təklif almayıb. By müddət ərzində o, yalnız telekanallarda idman eksperti kimi çalışıb.

Korkmazın məşqçilik fəaliyyəti qismən uğurlu olub. 2009/10 mövsümündə “Bakı”da işlədikdən sonra Bülənt hoca ölkəsinin “Kardemir Karabükspor”, “Başakşəhərspor”, “Kayseri Erciyesspor”, “Mersin İdman Yurdu”, “Antalyaspor”, “Konyaspor” və “Alanyaspor” klublarında işləyib. Hazırda isə o, “Çaykur Rizəspor”ı çalışdırır.

Azərbaycandan sonra Türkiyədə gözdən itən məşqçilər də yetərincədir. Buna misal olaraq Cüneyt Biçer, Fatih Kavlak, Fuat Yaman, Şenol Fidan, Mustafa Yılmaz, İbrahim Uzunca və  Mehmet Tayfunun adlarını çəkə bilərik. Qismən bu mənada 2014-cü ildə Güvenc Kurtarı istisna edə bilərik ki, o da “Adanaspor” və “Gümüşhanespor”u qısa müddətdə çalışdırdıqdan sonra gözdən itdi.  2012-ci ildə “Rəvan”da işləyən Cevat Güler isə Türkiyədə “Orduspor” klubunda işləsə də, oradan çox qabağa gedə bilməyib.

İndi də bir neçə kəlmə ilə Avropadan bura işləməyə gələn əcnəbi mütəxəssislərin bizdən sonrakı “iş kitabçası”nı vərəqləyək. Bugünə qədər Azərbaycan klublarında işləyən ən məşhur mütəxəssis kimi Con Benjamin Toşakın adını çəkə bilərik.  2013-cü ildə “Xəzər Lənkəran”da işlədikdən sonra 2 il istirahət götürən uelsli mütəxəssis 2014-2016-cı illər aralığında Mərakeşin “Vidad” klubunda çalışıb. 2018-ci ildə Təbrizin “Traktor” klubunda qısa fəaliyyətdən sonra o da kölgəyə çəkilib.

Azərbaycanda işləyən daha bir məşhur isə “Arsenal” əfsanəsi Toni Adams olub. 2010/11 mövsümündə “Qəbələ”ni çalışdıran Adams Çinin “Çuntsin Lifan” klubunun texniki direktoru olub. 2017-ci ildə İspaniyanın “Qranada” klubunda həm idman direktoru, həm də baş məşqçi kimi çalışan ingiltərəli mütəxəssis orada çox qalmayıb.

Azərbaycanda almaniyalı məşqçilər də az olmayıb. Onların arasında 2010/11 mövsümündə “Bakı”da çalışan Vinfred Şeferi xüsusi xatırlamağa borcluyuq. Paytaxtımızı tərk etdikdən sonra Tayland millisi və bu ölkənin “Muanqtonq Yunayted”, Yamayka yığması, İranın “İstiqlal”, BƏƏ-nin “Bani Yas” və Qətərin “Əl-Xor” komandalarını çalışdırıb. Bu müddət ərzində onun ən böyük uğuru Yamayka millisi ilə 2015-ci ildə CONCACAF Kubokunun finalına yüksəlmək olub. Həmçinin onun komandası 2014-cü ildə Karib hövzəsi ölkələrinin çempionluğu sevincini yaşayıb.

Digər almaniyalı mütəxəssislər Bernard Raab və Hans Yürgen Gedeni hazırda heç ölkəsində tanıyan yoxdur. Nə biri “Sumqayıt”da, nə də o birisi “Neftçi”də nəyəsə nail oldu. Sonuncu ümumiyyətlə, “ağ-qaralar”ı pis gündə qoyub getdi.

Azərbaycanda rumıniyalı məşqçilər də çoxluq təşkil edib. Hazırda “Neftçi”ni çalışdıran Laurentsiu Regekampfın yerliləri arasında Mirça Rednik xüsusi çəkiyə malikdir. “Xəzər Lənkəran” azarkeşlərinin qəlbində taxt quran Rednik 2012-ci ildə Azərbaycanı tərk edəndən sonra nə az-nə çox düz 13 dəfə iş yerini dəyişib. Onun 2012/13 mövsümündə Belçikanın “Standart”, bir il sonra “Gent” klubunda işlədiyini xüsusi vurğulamalıyıq. 2018-ci ildə o, qısa müddətə Avropadan kənara çıxaraq Səudiyyə Ərəbistanının “Əl-Faysali” klubunda işləyib. Maraqlıdır ki, “Xəzər Lənkəran”la ölkə kubokunu qazanan Rednik bundan sonra heç bir klubla titul sevinci yaşamayıb.

2014-cü ildə “Qəbələ”də qısa zaman kəsiyində işləyən Rumıniya millisinin məşhur oyunçularından olan Dorinel Muntyanu isə Azərbaycandan sonra öz ölkəsinin “Astra”, “Reşitsa” və “Konkordiya” klublarında fəaliyyət göstərib.  Hələ 2017-ci ildə İraqın “Zaxu” klubunda da görünüb.

İspaniyalı və italiyalı məşqçilərə gəlincə, Piriney yarmadasından bura gələn Karles Martorell Bakes, Luis Araqon və Visente Qomes nə burada yağmağı, nə də buradan kənarda guruldamağı bacardılar. İtaliyanlardan Covanni Melkiorre ilə Roberto Bordinin adını çəkə bilərik. Bordin “Neftçi”dən sonra Moldova millisi ilə də bərbad nəticə ilə yadda qaldı.

“Zenit”dəki işi ilə məşhurlaşan Vlastemil Petrjela isə 2007/08 mövsümündə “Neftçi”də işlədikdən sonra isə Çexiyanın “Viktoriya Jijkov”, “Banik” və “Fastav”,  Slovakiyanın isə “Zemplin” komandalarını çalışdırıb.

CAVAD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Premyer-liqa2024-04-27 11:35

“Sabah” – “Səbail” matçının hakimləri müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-27 11:18

İnfantino “Qarabağ”ı təbrik edib

blank
Digər idman növləri2024-04-27 11:01

Donçiç və İrvinqin komandası seriyada önə çıxdı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm