Ölkə futbolu
“Hakimlər hər şeyi kitabça üzərindən etməməlidir” – Baxşıyev AFFA-nın qərarından danışdı
“AFFA İntizam Komitəsinin qərarı normaldır. Çünki hakimin yazdığı raport əsasında belə bir cəza tətbiq olunub” – bu sözləri futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Çalışdırıcı AFFA İntizam Komitəsi tərəfindən “Neftçi” ilə matçda hakimə etiraza görə 1 oyunluq cəza və 800 manat pul cəriməsi almasına münasibət bildirib: “Kodekslərdə bildirilir ki, texniki zona qaydalarını pozduğu üçün bir oyun cəzalanır. Amma onu da nəzərə almaq lazımdır ki, futbol emosional oyundur. Hakim vəziyyəti idarə etməlidir. Sadəcə, kağız üzərində nə yazılıbsa, onu etmək lazım deyil. Hər şeyi kitabça üzərindən etməməlidir. Çünki qaydalarda nə yazılsa da, futbolun emosiyalar və gərginlik üzərində qurulduğunu hamı bilir. Bəzən qarşılaşmanın gərginliyindən xətti də tapdalamaq mümkündür. Belə xırda detallara kimi getməyə ehtiyac yoxdur. Bu kimi hallar mütləq nəzərə alınmalıdır. İnqilab Məmmədov kitabçada yazılanları tətbiq etdi və İntizam Komitəsi haqlı qərar verdi”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Premyer-liqa2024-05-05 20:57
“Sabah”dan növbəti qələbə
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO