Digər idman növləri
Hava yekun turnirin təqviminə təsir etdi
Meksikadakı hava şəraiti qadın tennisçilər arasında keçirilən yekun turnirinə öz təsirini göstərməkdə davam edir. Yarımfinal qarşılaşmalarından yalnız biri sona çatıb. Amerikalı Pequla həmyerlisi Qauf üzərində inamlı qələbə qazanaraq finala yüksəlib.
Digər yarımfinal isə başladıqdan bir neçə dəqiqə sonra yekunlaşıb. Dünya reytinqinin ilk iki sırasında qərarlaşan Arina Sobolenko ilə İqa Şvyontek arasındakı görüş təxirə salınıb. Güclü yağış oyunun dayandırılması ilə nəticələnib. Təşkilatçılar qarşılaşmanın bazar ertəsi keçiriləcəyini bildiriblər. Bu isə o deməkdir ki, yekun turnirin qalibi yalnız ikinci gün məlum olacaq.
Qeyd edək ki, yağış başlayana qədər hesab ilk setdə 2:1 polşalı İqa Şvyontekin xeyrinə idi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”