Dünya futbolu
Het-trik etdi, həftənin ən yaxşısı seçildi – ÇL-də
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.
Futbolinfo.az xəbər verir ki, bu ada İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Reşford layiq görülüb.
23 yaşlı forvard H qrupunun ikinci turu çərçivəsində Almaniya “Leyptsiq”i ilə oyunda (5:0) het-trik edib.
O, UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermədə İspaniya “Atletiko”sunun yarımmüdafiəçisi Joao Feliks, Fransa PSJ-sinin hücumçusu Moyze Kin və İtaliyanın “Atalanta” komandasının forvardı Duvan Sapatanı qabaqlayıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”