Dünya futbolu
İbrahimoviç yenidən İsveç millisində!
“Milan”ın hücumçusu Zlatan İbrahimoviç İsveç milli komandasına dəvət alıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.
39 yaşlı hücumçu yığmanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Gürcüstan və Kosovo, yoldaşlıq oyunu çərçivəsində isə Estoniya ilə qarşılaşacağı oyunların heyətinə daxil edilib.
İsveç yığması martın 25-də evdə Gürcüstan, 28-də səfərdə Kosovo ilə qarşılaşacaq. Estoniya ilə oyun isə martın 31-də İsveçdə baş tutacaq.
İbrahimoviç 2016-cı ildə İsveç yığmasındakı karyerasını bitirdiyini açıqlamışdı. O, ölkəsinin millisində 116 oyun keçirib, 62 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”