Dünya futbolu
İkardi İtaliyaya qayıdır
Mauro İkardi İtaliyaya qayıda bilər. Hazırda “Qalatasaray”da oynayan argentinalıya iki klub müştəri düşüb.
Futbolinfo.az xəbər verir ki, Türkiyə çempionatında qoları sıralayan hücumçuya “Roma” və “Milan” müştəri düşüb. 2011-13-cü illərdə “Sampdoriya”da çıxış edən, daha sonra 2020-ci ilədək “İnter”ə məxsus olan futbolçu yenidən A Seriyasinda oynamağa yaxındır.
İstanbul klubunda icarə əsasında çıxış edən futbolçunun PSJ ilə 2024-cü ilin yayınadək müqaviləsi var. Fransa təmsilçisi sonradan onu azad agent kimi itirməmək üçün cari mövsüm bitən kimi satacaq. “Qalatasaray” 30 yaşlı oyunçunu saxlmaq istəsə də, İtaliya klubları transferdə bir addım irəlidə görünür.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu