Ölkə futbolu
“İnanıram ki, “Dinamo” ilə oyuna qədər hər şey qaydasına düşəcək”
“Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov Sloveniyanın “Domjale” komandasına qarşı keçirdikləri yoxlama oyunundan (1:2) sonra fikirlərini bildirib.
Futbolinfo.az xəbər verir ki, o, “Neftçi TV”yə açıqlamasında bunları deyib:
“Yoxlama oyunu olsa da, istəyirdik qələbə qazanaq. Alınmadı. Əsas odur ki, oyunumuzu yaxşılaşdıraq. Qarşıda bir yoxlama oyunumuz var. Çalışacağıq ki, yaxşı performans göstərək. Əsas olan Tiflisdəki “Dinamo” ilə matçdır. Bu oyuna tam hazır olmaq lazımdır. İnanıram ki, hər şey qaydasına düşəcək”.
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 7-də Gürcüstanda “Dinamo” ilə qarşılaşacaq. Komandalar arasındakı cavab matçı iyulun 14-də, Bakıda olacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”