Dünya futbolu
İngilislər güzəştdən imtina edir – seçmə mərhələdə oynayacaqlar
İngilislər maraqlı addım atmağa hazırlaşır. Belə ki, İngiltərə Futbol Federasiyası Avro-2028-ə birbaşa qatılmaq istəmir.
Futbolinfo.az xəbər verir ki, 5 ildən sonra bu ölkə qitə birinciliyinin final mərhələsinin ev sahibi kimi seçmə mərhələdən azaddır. Amma ingilislər bu hüquqdan imtina edir.
Milli komandanın rəhbərliyinin istəyi yarışa tam hazır olmaq üçün kvalifikasiyada mübarizə aparmaqdır. Sıradan yoxlama oyunlarının futbolçuları arxayınlaşdıracağından ehtiyat edən ingilislər vəsiqəni əziyyətlə qazanmağa çalışacaq.
Bu barədə hələlik rəsmi qərar yoxdur. Lakin tezliklə məsələ həllini tapmalıdır.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi