Dünya futbolu
İngiltərə klubu “Beşiktaş”ın sabiq baş məşqçisinə tapşırıldı
Türkiyənin “Beşiktaş” komandasının sabiq baş məşqçisi Valerien İsmaelin yeni iş yeri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, fransalı mütəxəssis bundan sonra İngiltərənin “Uotford” komandasına rəhbərlik edəcək.
Bu barədə Çempionşip təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb. Lakin 47 yaşlı məşqçi ilə müqavilənin müddəti açıqlanmayıb.
Xatırladaq ki, Valerien İsmael son olaraq “Beşiktaş”a rəhbərlik edib. O, 2022-ci ilin martından oktyabrına qədər bu komandanı 18 matça çıxarmışdı. İsmel daha öncə “Vest Bromviç, “Barnsli”, LASK, “Apollon”, “Volfsburq”, “Nürnberq” kimi komandalarda da baş məşqçi kimi çalışıb.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi