Dünya futbolu
“İnter” üçün əlamətdar derbi – “Milan” ilk dəfə uduzdu
“İnter” bir mövsümdə 3 dəfə “Milan”ı məğlub etməyi bacardı. Bu, 1994/95 mövsümündən bu yana ilk belə haldır.
Futbolinfo.az xəbər verir ki, Milan derbisində qalib olan nominal qonaqlar həmçinin həmşəhərlilərini ilk dəfə avrokubokda yenməyi bacardı. İndiyədək 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınmışdı.
Dünən Çempionlar Liqasının ilk yarımfinal matçında səfər görüşündə qalib gələn (2:0) “neradzurra” rəqibin məğlubiyyətsiz oyunlar seriyasını qırdı, özü isə qələbə seriyasına davam edir. Ümumiyyətlə, “İnter” tarixi ərzində ilk dəfə ÇL-də keçirdiyi 11 matçın 7-də top buraxmayıb.
“İnter”in oyunçusu Federiko Dimarko cari yarışda 5-ci qol ötürməsini verdi. O, bununla 2003/24 mövsümündən bəri bu göstəriciyə çatan 4-cü müdafiəçi oldu. Daha öncə Dario Srna, Daniel Karvahal və Xordi Alba bunu bacarmışdı.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi