Digər idman növləri
İslamiada: Azərbaycan yığması yarımfinalda
Qadın həndbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan 5-ci İslam Həmrəyliyi Oyunlarında növbəti qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, yığmamız B qrupundakı sonuncu matçında İran seçməsi ilə qarşılaşıb.
Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçirilən görüş Azərbaycanın 27:16 hesablı qalibiyyəti ilə başa çatıb.
Bu nəticədən sonra qrup qalibi olan yığma yarımfinala vəsiqə qazanıb.
Milli komanda qrupdakı ilk oyununda Kamerunla görüşməli idi. Lakin rəqib meydana çıxmadığından, Azərbaycan yığmasına texniki qələbə verilmişdi. Yığmamız 2-ci qarşılaşmada isə Əfqanıstana qalib gəlmişdi.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”