Dünya futbolu
İspaniya futbolunda qalmaqal – prezident prezidentə qarşı
İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales Xavter Tebası tənqid edib. O, La Liqa prezidentinin doğru siyasət yürütmədiyini önə çəkib.
Futbolinfo.az xəbər verir ki, Rubiales La Liqanın zəifləməsindən narahatdır və bunun günahkarının Tebas olduğunu düşünür: “Avropa Superliqası ideyasının təşəbbüskarı Florentino Peres və ya Xuan Laporta deyil, Tebasdır. Bir kluba 40 milyon avro verib 40 ilə geri ödəniş edilməsini istəmək doğru deyil. Üstəlik, yayım hüququna görə verilən məbləğin 10 faizini özünüz götürə bilməzsiz, belə olmamalıdır”.
Prezident bu siyasət nəticəsində varlı klubların daha da varlandığını, digərlərinin isə müflisləşdiyini deyir: “Yekunda La Liqada vəziyyət daha da pisləşir, İngiltərə Premyer Liqası isə daha da önə keçir. Bu vəziyyətin düzəlməsi lazımdır”.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir