Dünya futbolu
İtaliya klubu baş məşqçisini istefaya göndərdi
İtaliyanın SPAL klubu baş məşqçisi Daniele De Rossini istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə B Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
39 yaşlı mütəxəssislə yanaşı, onun köməkçiləri də istefaya göndərilib. İstefaya komandanın uğursuz nəticələri səbəb göstərilib.
Son üç oyununda məğlubiyyətlə üzləşən SPAL bu mövsüm B Seriyasında 24 oyuna topladığı 24 xalla 18-ci pillədə qərarlaşıb.
De Rossi 2022-ci ilin oktyabrından çalışdırdığı SPAL-ı 17 oyuna çıxarıb. Komanda bu oyunlarda cəmi 3 qələbə qazanıb, 6 heç-heçə edib və 8 məğlubiyyətə üzülüb.
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Dünya futbolu2024-04-26 09:42
Slot təsdiqlədi – “Liverpul”a getmək istəyir