Ölkə futbolu
Kadi ilə Ozobiç “Lex” üzərindəki qələbədən danışdılar
“Qarabağ”ın futbolçuları Kadi Borges və Filip Ozobiç UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lex” komandasına qarşı keçirdikləri cavab oyunundan danışıblar.
Futbolinfo.az xəbər verir ki, onlar 5:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyiblər:
Kadi Borges: “Belə matçdan sonra nə demək olar? Bu, “Qarabağ”ın gücüdür. Evdə necə rahat olduğumuzu göstərdik. Hər matç fərqli olur. Bəzən oyunumuz alınmaya bilər. Əsas odur ki, başımızı dik tutaq. Növbəti mərhələdəki rəqibimiz olan İsveçrə “Sürix”i də güclü komandadır. Çətin olacaq”.
Filip Ozobiç: “Hər iki oyunda rəqibdən yaxşı komanda olduğumuzu göstərdik. Növbəti mərhələyə yüksəlməyi haqq edirdik. Oyunun məsuliyyətini dərk etdik. Baş məşqçinin bütün tapşırıqlarını layiqincə yerinə yetirdik”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub