Ölkə futbolu
Kamran Əliyev “Sumqayıt”da legioner sayılmalıdır – PFL-də Rusiya vətəndaşı kimi qeydiyyata alınıb
“Sumqayıt” Kamran Əliyevi Rusiya vətəndaşı kimi qeydiyyata aldırıb. Bunu futbolinfo.az saytına açıqlamasında dəqiqləşdirmə üçün müraciət etdiyimiz Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov təsdiqlədi.
Belə ki, Azərbaycanda ikili vətəndaşlığa icazə olmadığından, Rusiya çempionatında illərdi bu ölkənin vətəndaşı kimi oynayan Kamran “Sumqayıt”da legioner kimi çıxış edəcək. Düzdür, futbolçu hələlik yalnız qeydiyyata alınıb, sifariş olunarkən Azərbaycan pasportu təqdim oluna bilər. Lakin qısa zamanda bunu etmək mümkünsüzdür, mümkün olsa, qanunlar ayaqlanmış olacaq.
Kamran Əliyevin azərbaycanlı sayılması üçün milli komandada oynaması lazımdır. O isə əsas komandada debüt etməyib, illərdi dəvətlərdən boyun qaçırıb. Futbolçunun vaxtilə U-21-də oynaması da heç nəyi dəyişmir, çünki son olaraq Rusiya çempionatında Tula “Arsenal”ında bu ölkənin vətəndaşı kimi çıxış edib. Hücumçunun “Sumqayıt”da yerli futbolçu kimi oynaması üçün Rusiya pasportundan imtina etməsi lazımdır.
İstənilən halda, artıq PFL-də Rusiya pasportu ilə qeydiyyatdan keçən oyunçuya görə “Sumqayıt” 50 min manat rüsum ödəməlidir. AFFA İcraiyyə Komitəsinin qərarı ilə mövsüm ərzində 14 legioner transfer edən klublar hər növbəti əcnəbi üçün bu məbləğdən keçməlidir. Kamran isə “kimyaçılar”ın 15-ci belə futbolçusudur.
Aylardır klubun düşərgəsində olan, məşqlərə iştirak edən futbolçu bugünədək sifariş olunmayıb. Əvvəlki klubu ilə problem yoluna qoyulduğundan, “Sumqayıt” onun transferini rəsmən açıqladı. İndi qalır onu sifariş etmək. PFL-də Rusiya pasportu ilə qeydiyyata düşüb, milliləşən kimi sifariş olunsa, araşdırmaya ehtiyac olacaq.
CAVAD
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”