Ölkə futbolu
Kapitan: “Sabah” kimi komandaya rahatlıq vermək olmaz”
“Sabah” çempionluğa oynayan komandadır. Ona görə də bizim qələbəmiz kənardan sürpriz kimi görünür” – bunu futbolinfo.az-a açıqlamasında “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev deyib.
Təcrübəli futbolçu Misli Premyer Liqasının 23-cü turunda “Sabah” üzərindəki 2:0 hesablı qələbədən danışıb: “Rəqibi yaxşı analiz etmişdik. Bilirdik ki, “Sabah” kimi komandaya rahatlıq vermək olmaz. Çünki bu komanda meydanda rahat oynadıqca coşur. Ona görə rəqibi “bağlamaq” lazım idi. Rəqibi bağladıq və nəticədə qalib gəldik”.
Əliyev ikinci hissədə nisbətən rahat olmalarına belə aydınlıq gətirib: “Müəyyən qədər rahatlıq var idi. Çünki qol vurmuşduq və qələbə qazanırdıq. İkinci qoldan sonra bir qədər də rahatladıq. Biz səfərə gedəndə qələbəyə çox inanırdıq”.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”