Digər
Karate üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli oldu
Yeniyetmə və gənclər arasında karate üzrə 22-ci Azərbaycan birinciliyi başa çatıb.
Futbolinfo.az xəbər verir ki, müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi ölkə birinciliyində “Təhsil” RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci yeri tutub.
“Qara qaplan” klubu 10 qızıl, 10 gümüş, 13 bürünc medalla ikinci yerə sahib olub. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan “Arpaçay” klubunun və DİN idman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüblər.
Yeniyetmə və gənclərin respublika birinciliyində fərqlənən idmançılar iyunda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün təlim-məşq toplanışına qatılacaqlar.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”