Dünya futbolu
Karyerasını bitirən türk futbolçu qərarını dəyişdi
Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Emre Çolak cəmi bir gün arayla verdiyi qərarlarla hər kəsi təəccübləndirib.
Futbolinfo.az xəbər verir ki, sosial media hesabından karyerasını bitirdiyini açıqlayan tanınmış futbolçu yenidən futbol oynayacağını bildirib.
31 yaşlı futbolçu karyerasını bərpa etməsi barədə qərarını da sosial şəbəkə hesabında açıqlayıb.
Əslində, Emrenin əvvəlki qərarı gözlənilməz olmuşdu. Çünki o, ötən ayın 27-də İspaniyanın 3-cü liqasında mübarizə aparan “İntersiti” ilə müqavilə bağlamışdı. Amma o, bu komandada cəmi 1 oyun keçirdikdən sonra futboldan getmək qərarını elan etmişdi. Futbolçu gedişini belə əsaslandırmışdı: “Bu gündən sonra ailəmin xoşbəxtliyi üçün yaşayacam. Ölüm var, sevdiklərinizlə daha çox vaxt keçirin”.
Veteran futbolçunun son paylaşımı isə belədir: “Ölkəmdə baş verən faciədən çox narahatam, lakin “İntersiti”yə bağlılığım qalır. Sabahdan etibarən növbəti matçımızda qalib gəlmək üçün çalışacağam”.
Emre Çolak “Qalatasaray”ın yetirməsidir. O, İstanbul təmsilçisinin əsas komandasında 180 oyuna 19 qol vurub. Türkiyədə “Fatih Karagümrük”, “Hatayspor”, “Başakşəhər” və “Göztəpə”də də oynamış futbolçu İspaniyada “Deportivo”nun, Səudiyyə Ərəbistanında “Əl-Vəhda”nın da formasını geyinib. O, Türkiyə yığmasında 4 oyuna çıxıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”