Dünya futbolu
“Kim olduğumuzu göstərməyin vaxtıdır” – “Olimpiakos”un baş məşqçisi
“Artıq kim olduğumuzu göstərməyin vaxtıdır”.
Futbolinfo.az xəbər verir ki, bunu “Olimpiakos”un baş məşqçisi Miçel Qonsales Bakıda “Qarabağa”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin 4-cü tur oyunundan əvvəl məşqdə futbolçulara deyib.
59 yaşlı mütəxəssis artıq böyük nəticələr haqqında düşünməli olduqlarını bildirib.
Pirey təmsilçisinin müdafiəçisi Sokratis Papastatopulos da OFİ-yə 2:1 hesabı ilə qalib gəldikləri Yunanıstan Super Liqasının 7-ci tur oyunundan sonra komanda yoldaşlarını bir araya yığaraq onlarla söhbət edib. 34 yaşlı oyunçu ardıcıl yaxşı nəticələr qazanmaq istədiklərini söyləyib.
Oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” matçı saat 20:45-də başlayacaq. “Köhlən atlar” 3-cü turda Afinadakı oyunda rəqibini üç cavabsız qolla məğlub edib.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Digər idman növləri2024-04-26 17:22
Olimpiadanın püşkünün atılacağı gün məlum oldu
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu