Bizi izləyin

Ölkə futbolu

Klubsuz Şamaxının yeni stadionu: UEFA-nın vəsaiti havaya sovrulub

blank
blank

Əvvəllər hansısa rayonda stadion açılır, mövcud olan komandası bir neçə il sonra dağılırdı. Şamaxıda isə futbol komandası ümumiyyətlə, yoxdu, ötən il Region Liqasında çıxış edən həvəskar kollektiv də ləğv edilib. Və bu şəhərdə hətta avrokubok oyunlarını qəvul etməsi mümkün olan stadion açılır. Paradoks!!!

***

Cüdo federasiyasında baş verən islahatlar bir anda ölkənin idman gündəmini dəyişdi. İki federasiyadan birini seçmək dilemması qarşısında futbolda qalmağı üstün tutan Rövnəq Abdullayevin açıqlaması ilə ara qarşıdı. AFFA prezidentinin “Artıq futbolla məşğul olacam, futbolda ciddi işlərin görülməsinə ehtiyac var” açıqlaması Elxan Məmmədov və dəstəsinin kürkünə birə saldı.

Abdullayev de-yure rəhbərlik etdiyi, de-fakto kənarda saxlandığı futbol təsərrüfatına döndüyünü bəyan etmişdi. Problemləri dilə gətirməsi isə özünütənqid idi, deməli, ciddi işlərin görülməsi üçün kadr islahatlarına ehtiyac duyulurdu. Belədə bütün ictimaiyyətin ağlına ilk olaraq icraçı vitse-prezident Elxan Məmmədov gəlir. Hamı bu adamdan narazıdı, onu futbolun düşməni olan səriştəsiz kimi tanıyırlar.

Cüdo federasiyasında 3 gün içində planlanıb reallaşdırılan bu dəyişikliklərdən Məmmədovun dostları öncədən xəbərdar idi. Onlar Abdullayevin futbolla vidalaşıb cüdonu seçəcəyinə ümid edərək Elxan bəyi ön plana çıxarmağa çalışdı. Əksi olduqda belə vitse-prezidenti nüfuza mindirmək, toxunulmaz kimi göstərmək üçün təbliğatına ehtiyac var idi. Və o, dövlət rəhbərliyinin qarşısına çıxarıldı.

Məmmədovun hamisi olan, hətta bir sıra məsələlərə görə qorxulu sayılması gərəkən şəbəkənin əli çox uzundu. Onlar səfər proqramına dəyişiklik edəcək qüdrətə malikdilər. Planda olmayan, hələ tam hazır vəziyyətə gətirilməyən Şamaxı səfər stadionu qısa müddətə açılışa səfərbər edildi, icra başçısı kənarda saxlanıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı şəhər stadionunun açılışında iştirak etdilər. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 2200 azarkeş tutumu olan Şamaxı şəhər stadionu UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olacaq. Bu isə stadionda beynəlxalq oyunların keçirilməsi üçün bütün imkanların olmasından qaynaqlanır. UEFA klub yarışlarının 1-ci, 2-ci və 3-cü təsnifat mərhələsinin, eyni zamanda, milli komandadan başqa, bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər. Bu stadionun inşası üçün maliyyə vəsaitinin 87 faizi UEFA, 13 faizi isə AFFA tərəfindən təmin olunub. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin fitnes-zalı inşa edilib. Bundan əlavə, stadionun ərazisində süni örtüklü iki mini-meydança yaradılıb və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.

***

Bütün bunlar çox yaxşıdı, hər bölgəmizə stadion lazımdı, Şamaxı da onlardan biridi. Amma Məmmədovdan soruşan olmadı ki, klubu, hətta uşaq komadaları olmayan Şamaxıda bu stadiona nə gərək var? Şərait tələbə görə yaradılır, Şamaxıda isə nəinki beynəlxalq yarışlar, heç Region Liqası səviyyəsində yarışacaq komanda yoxdu. Sadəcə, icra başçısı Tahir Məmmədov öz dəstələrinin adamıdı, əl-ələ verib maket düzəldiblər. Bu vəsait güləşi ilə məşhur olan Şamaxıdansa, futbol bölgəsi sayılan Mingəçevirdə, Masallıda, Qubada, Qaxda və s. rayonlarda stadion inşasına sərf edilsəydi, daha yaxşı olardı.

Stadionun açılışında uşaq komandalarının, futbol veteranlarının, rayon rəsmilərinin iştirakı gərək idi. Amma Məmmədov ölkə rəhbərliyinin qarşısına tək çıxarıldı. Şamaxıda daimi məşğul olan uşaq komandaları olmadığından futboldan danışmağın yeri yoxdu, icra başçısı isə Məmmədovun görüntüsünü korlayardı. Elxan bəy belə tədbirlərin gülü olan AFFA-nın vitse-prezidenti Rauf Əliyevi, digər veteranları da özüylə aparmamışdı. Heç olmasa, indi yanına salıb müvəqqəti istifadə etdiyi gənc nəsil veteranları, o cümlədən Cahangir Həsənzadə də Şamaxıya aparılmamışdı.

Kişinin oğlu fotosessiyalarda tək görünmək istəyirdi, hətta qalstukla kostyumda qapıda durmağı da ar etmədi. Məmmədov indi elə vəziyyətdədi ki, özünü qorumaq üçün başqa tələblərə də “baş üstə” deyərdi, amma bu dəfə qapıda durmaqla kifayətləndi. Özü də bilirdi ki, prezidentin vurduğu zərbə qol olur, sadəcə, tora daxil olan topa hiyləgərliyini gizlətməyən məsum baxışlarla baxmalıydı.

Prezidentin futbolla bağlı durumu Məmmədovla müzakirə edib-etmədiyini bilmirik. Zatən nağıl danışılacağı bəlli olduğundan, çox güman, hesabat xarakterli sual-cavab olmayıb, olsaydı, mətbuata çıxardı. Ölkə rəhbərliyi də bilir ki, real işlərlə bağlı cavab almaq üçün Məmmədovdan nəsə soruşmaq lazım deyil, “Qarabağ”ın oyunları, nəticələri ilə milli komanda, ölkə futbolunun real durumu arasındakı uçurumlu mənzərə göz önündədi.

Prezidentin başı daha vacib məsələlərə qarışmasa, soruşulacaq çox sual var və yəqin ki, postmüharibə olayları qaydasına düşdükdən sonra bunun zamanı çatacaq. Məmmədovdan cavab alınması gərəkən suallar:

  1. Ölkədə futbolla məşğul olanların sayı statistikada 200 min nəfər göstərilir, onlardan niyə 5-6 nəfəri Şamaxıda gözə dəymədi?
  2. Bu stadion hansı komanda üçün tikilib? Hətta divizionda təmsilçisi olmayan şəhərdə belə infrastruktura nə gərək var, onu futbol məktəbi ilə seçilən bölgələrdə inşa etmək daha səmərəli, məqsədyönlü olmazdımı?
  3. Şamaxının ötən il Region Liqasında təmsilçisi var idi. Bu il belə stadion istifadəyə verilirsə, həmin komandanın dağılmasına niyə göz yumuldu? Axı, bu, strateji planlama baxımından “bir addım irəli, iki addım geri” effektidi. Bu stadion görünüş üçünmü tikilib?
  4. İmişlidə, Lənkəranda və digər bölgələrimizdə stadionlar açılandan bir neçə il sonra bu şəhərlərin komandası dağıdıldı, həmin regionlar futbola həsrət qaldı. Şamaxıda isə arena açılmamış futbol məhv edilib. Bu, inkişaf strategiyasının yeni təzahürüdümü? Ümumiyyətlə, bu stadion kimin üçün tikilib?

Suallar çoxdu və həmişə aktualdı. Yəqin nəvaxtsa onlara cavab istəniləcək. 87 faizi UEFA tərəfindən ödənilən vəsait Elxan Məmmədovun karyerasını qurtarmaq üçün podiuma çıxarılması naminə sərf edilə bilməz.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-10 09:40

Yeni idman sarayında ilk yarış

blank
Ölkə futbolu2024-05-10 09:21

“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”

blank
Digər idman növləri2024-05-10 09:04

“Olimpiadada ikinci medal üçün çalışacağam”

blank
Premyer-liqa2024-05-10 08:49

“Neftçi” bu gün “Kəpəz”lə qarşılaşacaq

blank
Digər idman növləri2024-05-10 08:32

“Bu, Azərbaycan xalqının qələbəsidir”

blank
Milli komanda2024-05-10 08:17

Millimizin oyunlarının vaxtı və yeri dəqiqləşdi

blank
Ölkə futbolu2024-05-10 08:00

“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron

blank
Dünya futbolu2024-05-10 01:18

“Olimpiakos” “Aston Villa”nı finala buraxmadı

blank
Dünya futbolu2024-05-10 01:08

“Bayer”lə “Atalanta” finalda!

blank
Digər idman növləri2024-05-09 23:40

Olimpiadaya növbəti lisenziya

blank
Digər idman növləri2024-05-09 23:23

Stolüstü tennis üzrə ölkə turnirinə yekun vurulub

blank
Digər idman növləri2024-05-09 23:00

Kişi boksçularımız lisenziya turnirinə hazırlığı Banqkokda keçəcək

blank
Ölkə futbolu2024-05-09 22:29

“Sabah” Abşeronda futbolçu seçiminə başlayır

blank
Digər idman növləri2024-05-09 22:00

Azərbaycanın daha bir güləşçisi Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-09 21:27

Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb

blank
Digər idman növləri2024-05-09 21:00

Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
I Liqa2024-05-09 20:47

MOİK və “Şamaxı”dan darmadağın

blank
Əvəzedicilər2024-05-09 18:00

Əvəzedicilərin yarışında 35-ci turun oyun cədvəli müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-09 17:35

II Liqada 25-ci turun oyun cədvəli açıqlandı

blank
Dünya futbolu2024-05-09 16:58

Mövsümün ən yaxşı baş məşqçisi adına namizədlər bəlli oldu

blank
Dünya futbolu2024-05-09 16:37

Son 12 ildə ilk dəfə kuboksuz qaldılar

blank
Müsahibə2024-05-09 16:12

Rəşad Abdullayev: “Xal itirməyə ixtiyarımız yoxdur”

blank
Dünya futbolu2024-05-09 15:56

ÇL-də həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-09 15:33

Bakıda keçirilən Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

blank
Dünya futbolu2024-05-09 15:15

İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu adına namizədlər açıqlandı

blank
Ölkə futbolu2024-05-09 14:51

AFFA-dan yeni sponsorluq müqaviləsi

blank
Ölkə futbolu2024-05-09 14:34

“Neftçi”nin oyunu heç də ürəyimcə deyil” – Stankoviç

blank
Dünya futbolu2024-05-09 14:16

“Real”ın futbolçusu üçün ikiqat yubiley

blank
Ölkə futbolu2024-05-09 13:53

“Azərbaycanda həm yaxşı pul qazandım, həm də hörmət”

blank
Milli komanda2024-05-09 13:31

Millimiz üçün tanış və düşərli olmayan rəqib

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm