Dünya futbolu
Korreanın biri gəldi, digəri getdi
“İnter”in və Argentina millisinin hücumçusu Xoakin Korrea Qətərdə keçiriləcək DÇ-2022-də iştirak edə bilməyəcək. Bu barədə yerli federasiyanınrəsmi saytı məlumat yayıb.
Korreaya sol ayağın baldır və alt əzələlərin vətərində iltihablı prosesi diaqnozu qoyulub və bu səbəbdən o, Dünya Çempionatında komandasına kömək etməyəcək. Argentinalılar artıq rəsmi olaraq elan ediblər ki, Xoakini 21 yaşlı hücumameyilli yarımmüdafiəçi Tiaqo Almada əvəzləyəcək.
Almada milli komandada yalnız sentyabrda debüt edib. O, Hondurasla yoldaşlıq oyununda 36 dəqiqə keçirib.
Qeyd edək ki, argentinalılar mundialın başlamasına az qalmış tərkibdə iki dəyişiklik ediblər. Noyabrın 17-də axşam saatlarında xəbər verilib ki, zədəli Nikolas Qonzalesin əvəzinə milliyə “Atletiko”dan Anhel Korrea çağırılıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”