Dünya futbolu
Kroosun son müqaviləsi
“Real” Toni Kroosla yeni müqaviləni rəsmən açıqlamağa hazırlaşır. Madridlilər alman yarımmüdafiəçi ilə 2024-cü ilin yayında başa çatacaq yeni anlaşma ilə bağlı razılığa gəlib.
Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü bir müddət öncə “Kral klubu”nda qalacağını açıqlamışdı. Lakin tərəflər danışıq aparırdı və müzakirələr yalnız ötən həftə yekunlaşıb, detallar dəqiqləşdirilib. Müqavilədə əlavə hansısa bənd yoxdur, onun müddəti uzadılmayacaq, növbəti mövsümdən sonra Kroos karyerasını bitirəcək. “Real” Luka Modriç və Kərim Benzema ilə də eyni cür razılaşıb.
2014-cü ildə “Bayern”dən 25 milyon avroya transfer edilən 33 yaşlı oyunçu, madridlilərlə müqaviləsini son olaraq 2019-cu ildə yeniləmişdi.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”