Ölkə futbolu
“Kəpəz” növbəti uğursuz transferə hazırlaşır – 13 ilə 13 qol vuran hücumçu
Heyətini yeni oyunçularla gücləndirmək istəyən “Kəpəz” hücum xəttinə yeni namizəd tapıb. Gəncəlilərin Türkiyə toplanışına yeni əcnəbi hücumçu qoşulub.
Futbolinfo.az xəbər verir ki, Qərb təmsilçisi sosial şəbəkə hesabında yeni transferin gəlişi ilə bağlı anons verib. Antalya toplanışına gələn yeni forvardla bu gün rəsmi müqavilə imzalanacaq.
“Kəpəz”in yeni transferi Litvadan gəlir. Son olaraq “Hegelmann” klubunda çıxış edən Salif Sisse ilə mövsümün sonunadək müqavilə bağlanacaq.
Mali əsilli fransalı parlaq karyerası ilə öyünə bilməz. 30 yaşlı oyunçunun bu müddətdə cəmi 95 matça çıxaraq 13 qol vurması çox şeydən xəbər verir. 13 ilə 10 klub dəyişən, 4 dəfə klubsuz qalan hücumçu heç yerdə bir ildən artıq davam gətirməyib. 4 fərqli ölkədə çıxış etmiş Sissenin formasını geydiyi ən tanınan klub Bolqarıstan “Botev”idir.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”