Digər idman növləri
Lider qalib gəldi, digər oyun hakimlərə görə baş tutmadı
Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında üçüncü dövrənin ilk turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan çempionatın 7-ci turuna “Murov” – “Neftçi” matçı ilə start verilib.
Çempionatın lideri “Murov” yenə qələbəyə sevinib. Komanda 3 xalı rəqibini 3:0 (25:20, 25:19, 25:22) hesabı ilə məğlub etməklə aktivinə yazıb.
Bu gün 7-ci tur çərçivəsində keçirilməsi nəzərdə tutulan “Xarı bülbül” – MOİK qarşılaşması təxirə salınıb. Buna hakimlərin oyuna çıxmaqdan imtina etməsi səbəb olub.
“Murov” hazırda 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, eyni xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”