Dünya futbolu
“Lids” kapitana göz dikib
Maksimilian Vöber tezliklə İngiltərə Premyer Liqasında oynayacaq. “Zalsburq”un müdafiəçisi yeni təklif alıb.
Futbolinfo.az xəbər verir ki, Avstriya klubunun istedadlı oyunçusu “Lids”in hədəfinə düşüb. İngilislər onun üçün 11 + 5 (bonuslar) milyon avro dəyərində təklif irəli sürməyə hazırlaşır. Oyunçunun özü ilə prinsipial anlaşma əldə olunub, indi isə klubunu razı salmaq lazımdır.
Vöber “Zalsburq”un kapitanı və ən önəmli oyunçularından biridir. Bu səbəbdən klubu onu yalnız yaxşı təklif olarsa, buraxacaq. “Lids” də bunu nəzərə alaraq avstriyalıları razı salmağa çalışır.
2019-cu ildə “Sevilya”dan transfer edilən Maksimilian Avstriya millisinin də önəmli simalarındandır. 24 yaşlı futbolçunun “Zalsburq”la 2,5 illik müqaviləsi qalır.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub