Dünya futbolu
Liqa 1 təmsilçisini BƏƏ klubuna dəyişdi
Belçika millisinin yarımmüdafiəçisi Ceyson Denayer Fransanın “Olimpik” (Lion) klubundan ayrılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” klubuna transfer olunub. Dubay təmsilçisinə azad agent kimi keçən oyunçu, yeni klubu ilə müddəti 2023-cü ilin 30 iyununa qədər olan müqavilə bağlayıb.
Denayer 2018-ci ildən Lion “Olimpik”inin formasını geyinirdi. O, bu komandanın heyətində 139 matça çıxıb, 8 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Belçikalı oyunçu daha öncə “Qalatasaray”, “Sanderlend”, “Seltik” kimi komandaların da formasını geyinib. O, Belçika yığmasında 35 oyuna 1 qol vurub.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”