Dünya futbolu
“Liveprul” qalib gəldi, “Tottenhem” evdə uduzdu
Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Lester Siti” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Nyukasl” isə doğma meydanda “Aston Villa”nı minimal hesabla üstələyib.
“Tottenhem” “Vulverhempton”la ev oyunundan məğlub ayrılıb. “Liverpul” isə “Bernli”nin qonağı olub. “Qırmızılar” bu oyunda 3 xalı tək qolla qazanıblar.
Bu tur keçirilməli olan “Çelsi” – “Arsenal” matçı “zadəganlar”ın klublararası dünya çempionatında iştirakı ilə əlaqədar təxirə salınıb.
İngiltərə Premyer Liqası
25-ci tur
12 fevral
Mançester Yunayted – Sauthempton 1:1
Qol: Sanço, 21 – Adams, 48.
Brentford – Kristal Pelas 0:0
Uotford – Brayton 0:2
Qol: Maupay, 44. Uebster, 82.
Everton – Lids 3:0
Qol: Koleman, 10. M.Kin, 23. Qordon, 78.
Norviç – Mançester Siti 0:4
Qol: Sterlinq, 31; 70; 90. Foden, 48.
13 fevral
Bernli – Liverpul 0:1
Qol: Fabinyo, 40.
Nyukasl – Aston Villa 1:0
Qol: Trippyer, 35.
Tottenhem – Vulverhempton 0:2
Qol: R.Ximenes, 6. Dendonker, 18.
Lester – Vest Hem 2:2
Qol: Tilemans, 45. Pereyra, 57 – Bouen, 10. Dauson, 90+1.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”