Ölkə futbolu
“Məsələ hüquqi müstəvidə həll olunacaq”
“Keşlə” Aleksandr Kristavao ilə müqaviləni pozmaq üçün hüquqi addımlar atmağa başlayıb. Anqolalı hücumçunun düşərgəni icazəsiz tərk edərək Hollandiyaya getməsi ona baha başa gələcək.
Bakı klubunun mətbuat xidmətinin rəhbəri Murad Axundovun futbolinfo.az-a verdiyi məlumata görə, problem hüquqşünasların diqqətindədi: “Hazırda bu işlə hüquqşünaslar məşğul olur. Futbolçu müqavilədə yazılan öhdəlikləri yerinə yetirmədiyi üçün məsələ hüquqi müstəvidə həll olunacaq. Bununla bağlı işlər artıq başlanıb”.
Futbolçunun “Keşlə”yə keçidinə vasitəçilik edən Erkin İbrahimov isə sülh tərəfdarıdı: “Hamı üçün çətindi. Pandemiya dövründə həm oyunçunun yeni klub tapması, həm də “Keşlə”nin yeni oyunçu gətirməsi asan başa gəlmir. Bu səbəbdən tərəflər bir-birinə anlayışla davranmalıdı. Mən də məsələnin sülhlə həll olunmasının tərəfdarıyam, həm futbolçu, həm də klub məhz belə olmasının marağındadı. Hazırda danışıqlar gedir. Futbolçu icazəsiz getməməliydi, amma pandemiya dövründəki çətinlikləri, sıxıntıları hamımız bilirik”.
Daha öncə təqdim etdiyimiz yazıda problemin məğzi ilə oxucuları tanış etmişdik. Hər iki tərəfin günahkar olduğu məqamlar var və qarşılıqlı anlaşma olmasa, proses azı qışadək uzanacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”