Bizi izləyin

Ölkə futbolu

Məsiyevin səhvinin fəsadları: Musayevin qəzəbi ikili standartlaradır

blank
blank

Murad Musayevin cəzası ağır olacaq. Aldığı qırmızı vərəqə öz yerində, meydana çıxması, hakimləri təhqir etməsi ona baha başa gələcək. Bu, qaçılmazdır.

Rusiyalı mütəxəssis hələ “Krasnodar”da işləyərkən də eyni hərəkətlərə yol verirdi və bu, onun karyerasına az təsir etməyib. Emosiyalara nəzarət etmək, lazım gələndə özünü yığışdırmaq lazımdır. Hakimlərin Musayevin etiraz etdiyi epizodda haqlı olduğunu nəzərə alsaq, legioner çalışdırıcıya heç cür bəraət qazandırmaq olmur.

İlk gəldiyi vaxtlar Musayevi bəyənməyənlərdən olmuşam. Amma zamanla iş baxımından davranışları bu məşqçi haqda xoş təəssüratlar oyatdı. O, sponsorların yaratdığı geniş imkanlardan sui-istifadə etmədi, deyildiyi kimi, sevimli futbolçu dəstəsini kluba doldurmadı, yalnız komandaya fayda verəcək transferlər etdi, normal komanda yaratdı. Yusif İmanov kimi qapıçını üzə çıxartması, yerli gənclərə güvənməsi, futbolumuza yuxarıdan aşağı baxmaması da qeyd edilməlidir.

İşi ilə rəğbət qazanan Musayev Şopiç, Qomes və başqa sələfləri kimi davranmadı, özünü işə verdi, nəticələr qazanmağa çalışdı. Komanda hazırda ilk “üçlük”də yerini təmin edibsə, bunu görməzdən gəlmək olmaz. Lakin heç nə Murad bəyə dünənki çılğınlığı etməsinə, meydana çıxmasına, ədalətli qərar vermiş hakimləri təhqir etməsinə haqq qazandırmır. Rusiyalının davranışı nümunəvi hərəkət deyildi.

Bəlkə də dünənki hərəkət “Qarabağ”la ötən turdakı oyundan qalma qəzəb idi. Həmin matçdakı hakim səhvini nəzərə alsaq, eyni epizoda fərqli standartın tətbiq edilməsinə əsəbləşmək olar. Oxşar penalti epizodunda “Sabah”ın lehinə cərimə zərbəsi verilmədi, dünən isə komandanın qapısına 11 metrlik təyin olundu. Fərqli yanaşmaya hirslənmək olar, lakin vulkan püşkürəcəkdisə, bu, Suraxanıdakı matçda olmalıydı, dünən qərar düzgün verilmişdi.

Daim AFFA-nı, Hakimlər Komitəsini tənqid etməyimizin səbəbi budur. Elçin Məsiyev kimi hakimlərin üzündən klublar ziyan çəkir. Onun səhvi dünənki düzü kölgə altına sala bilməz. Bəli, Musayev doğru hərəkət etmədi, amma məşqçini təbdən çıxaran oxşar epizodun hər ikisində məhz onun komandasının əleyhinə qərar verilməsidir.

Və Murad bəy bir neçə oyunluq cəzalanacaq. Qırmızı vərəqə, hakimlərin təhqir edilməsi, texniki zona qaydalarının pozulması – bütün bunlar üst-üstə qalaqlanıb cəzada əksini tapacaq. Bundan başqa, AFFA məşqçilərə hakimlər haqda danışmağı bağışlamır, əvvəlki turlarda buna görə cəzalar verilib. Musayev mətbuat konfransında ədalət təmsilçilərini tənqid etməyi də lazım bildi. AFFA bütün bunlara Məsiyevin “sövqetmə”sini unutsa, rusiyalının cəzası hətta 5 oyun da ola bilər.

Musayevin etdiklərini heç cür alqışlamaq olmaz, amma Məsiyev də unudulmamalıdır. Məhz onun üzündən “Sabah”ın mövsümlük hədəflərinə zərbə dəydi. Hakim düzgün qərar versəydi, bəlkə də “Qarabağ”la matçda qələbə qazanılacaq, həmin oyunun motivasiyasının davamı kimi “Turan Tovuz” da məğlub ediləcəkdi. Belədə “Sabah”ın çempionluğa real şansı olacaqdı. Lakin AFFA-nın sevgiylə əzizlədiyi hakim bir klubun bütün planlarını alt-üst etdi.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Digər idman növləri2024-04-27 13:55

Gənc taekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

blank
Digər idman növləri2024-04-27 13:12

Azərbaycan taekvandoçuları Prezident kubokunda 6 medal qazanıb

blank
Digər idman növləri2024-04-27 12:53

Azərbaycan Boks Federasiyasının rəsmiləri Naxçıvanda məşqçilərlə görüşüb

blank
Digər idman növləri2024-04-27 12:36

Hakim “Duty Free”də oğurluq edən zaman yaxalandı

blank
Digər idman növləri2024-04-27 12:15

“Fənərbağça” üstünlüyünü qoruya bilmədi

blank
Digər idman növləri2024-04-27 11:53

Almaniya qran-prisi təqvimə qayıda bilər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm