Dünya futbolu
Məşqçiyə hücum etdi, ömürlük qadağa aldı
İngiltərə Premyer Liqasının 36-cı turunun matçında “Nyukasl”ın baş məşqçisi Eddi Hauya hücum edən “Lids” azarkeşi klubun oyunlarından ömürlük kənarlaşdırıb. Bu barədə “Lids”in saytı məlumat yayıb.
Matç zamanı azarkeş “Nyukasl”ın texniki zonasına daxil ola bilib və klubun baş məşqçisini itələyib. Dünən keçirilən görüş 2:2 hesabı ilə başa çatıb.
“Lids” hazırda 31 xalla Premyer Liqada 18-ci yerdədir və elitanı tərk etmək təhlükəsi yaşayır. “Nyukasl” isə 66 xalla 3-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”