Dünya futbolu
Mahir Emreli: “Belə davam etməsini istəmirəm”
Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Konyaspor”un heyətində Türkiyə Super Liqasının XXXIII turunda “Kayserispor”la keçirilən oyunu dəyərləndirib.
Futbolinfo.az saytı xəbər verir ki, 25 yaşlı forvard 2:2 hesabı ilə başa çatan matçda qısa müddət ərzində ardıcıl qolların vurulmasına təəccübləndiyini gizlətməyib: “Oyun bizim üçün çox çətin keçdi. Həftəboyu yaxşı hazırlaşmağımıza baxmayaraq, bəzi sürprizlərlə qarşılaşdıq. Qəribə oyun alındı. 10 dəqiqəyə hər iki komanda qollar vurdu. Mübarizədən qopmamağımız bizi çox sevindirdi. Qollar buraxsaq da, həvəsdən düşmədik”.
Emreli öz çıxışına da toxunub. Start heyətində meydana daxil olan və 56-cı dəqiqədə əvəzlənən hücumçu oyunundan razı qalmayıb: “Konyaspor”a gəldiyim gündən bəri fəal keçirə bilmədiyim ilk oyunum idi. Çətin oldu. Ümid edirəm ki, bu, sonuncu olar. Belə davam etməsini istəmirəm”.
Qeyd edək ki, “Konyaspor” hazırda 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”
- Ölkə futbolu2024-04-26 15:09
“Qarabağ” Emeqaranı təəccübləndirib: “Bayer”in bəxti gətirdi”
- Ölkə futbolu2024-04-26 11:24
AFFA “Neftçi”nin istəyini rədd etdi
- Digər idman növləri2024-04-26 16:00
Finalın nominal meydan sahibi və başlama saatı bəlli oldu