Bizi izləyin

Müsahibə

Mahir Emreli “Dinamo”nu “Qarabağ”a bənzətdi

blank
blank

Xorvatiyanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Mahir Emreli “Sportske novosti”yə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

  • “Dinamo”ya gəlmək özünü böyük səhnədə göstərmək üçün yaxşı şansdırmı?
  • Nə düşündüyünüzü bilirəm… Bununla belə, hazırda tək düşündüyüm şey “Dinamo”nun bir parçası olmaq, keyfiyyətimi göstərmək, komanda üçün mübarizə aparmaq, bunun üçün əlimdən gələni etməkdir. Öz gələcəyimi deyil, həm də “Dinamo”nu düşünürəm. Artıq böyük səhnədə olmuşam, Avropa Liqası, Çempionlar Liqası… Təcrübəm çoxdur demirəm, amma yaşıma görə kifayət qədər təcrübəliyəm. “Dinamo”nun, azarkeşlərin gözləntilərini qarşılayacağıma inanıram.
  • “Dinamo” haqda nə bilirsən?
  • “Dinamo”nun tarixi haqda hər şeyi bilirəm. Komandanın tək Zaqreb üçün yox, Xorvatiya üçün nə olduğunu yaxşı bilirəm. Avropanın öndə gələn komandalarına oyunçu satan bir klubdur. Xorvatiyada kifayət qədər titul qazanıb və Avropada uğurlu olan bir komandadır. “Dinamo” haqda çox şey oxumuşam, çox şey bilirəm. “Dinamo”nun sadəcə futbolla bağlı bir hekayə olmadığını bilirəm. Azərbaycanın “Qarabağ” klubu kimi. Çünki “Qarabağ” tək futbolda deyil, futboldan kənarda da bir tarixdir.
  • Polşa mətbuatının xəbərinə görə, “Legiya” ilə yaxşı ayrılmadın. Sənin haqqında içki içməyinlə bağlı məqalə var idi.
  • Bu haqda danışmağı sevmirəm. Amma hamı əsl həqiqəti bilməlidir. Mənim bir klubda çəkilən şəklim dərc olundu. Bəli, mən bəzən klublara gedirdim, bunu etiraf etmək çətin deyil. Heç kimə yalan danışmayacam, çünki elə biri deyiləm. Mənim istirahət günüm olanda kluba gedirəm. Problem nədir ki? Bir neçə ayda bir dəfə kluba getdiyim olur. Amma mən spirtli içki içmirəm. Qayıdaq Polşa mətbuatında yayımlanan o şəkilə. Bu hadisə bizim “Slaviya” (Praqa) ilə oyundan əvvəl baş vermişdi. Həmin oyunda isə mən düz üç qol vurdum! Mən onda ümumiyyətlə, əylənmirdim. Biz istirahətdə idik. Bir az gəzdim, vəssalam. Həmin şəkil dərc olunandan sonra mənim haqqımda dedilər ki, intizamsız futbolçuyam, kluba hörmət etmirəm. Düz yarım il mənim boş vaxtımda keçirdiyim bir görüşümdən yazdılar. Hər dəfə eyni şəkil paylaşılırdı, elə təsəvvür formalaşdırılırdı ki, mən həmişə klublara gedirəm. Mən isə yarım ildə bir dəfə orda olmuşdum. İnanılmaz bir şeydir. Bunu kim mənə qarşı edirdi, həqiqətən bilmirəm, anlamıram. Mən maksimum dərəcədə peşəkaram.
  • Hansı mövqedə özünü daha yaxşı hiss edirsən?
  • Son illər daha çox mərkəz hücumçusu oynamışam. Ancaq heç vaxt yalnız cərimə meydançasında qalmamışam, topa gəlməyi, boşluq açmağı xoşlayıram… Sağa, sola hərəkət edirəm. Bəzən bu, məşqçilərin xoşuna gəlmir. Belə şeyə səbr etmirlər. Amma deyirəm, sağda da, solda da oynaya bilərəm, problem deyil.
  • Azərbaycan millisində xorvatiyalı mütəxəssislər çalışıb. Nikola Yurçeviç və Robert Prosineçki ölkənizdə işləyib. Onlar haqda nə düşünürsən?
  • Azərbaycanda hamı Robert Prosineçki üçün darıxır. Əvvəlcə Prosineçki məni San Marino ilə səfər oyununa apardı. Daha sonra Qətərlə yoxlama görüşündə iştirak etdim. Ardınca Norveçlə ilk rəsmi matçıma çıxdım. Həmin oyundan əvvəl onun mənə dediyi sözləri heç vaxt unutmayacam. 19 yaşım var idi və çox həyəcanlı idim. Bunu hiss edən Prosineçki nahardan sonra məni kənara çağırdı. O, “səbrli ol, sərbəst oyna” dedi və əlavə etdi ki, dünyada futbolçu olmaqdan yaxşı heç nə yoxdur. Çünki futbol başqa peşələrə bənzəmir. Yəni mən bu anlardan zövq alıram, gəncəm və qorxu barədə fikirləşmirəm. Bu sözləri indiyədək xatırlayır və özünəməxsus motivasiya kimi istifadə edirəm. Zaman-zaman onun sözlərini yada salıram. Biz böyük yarışlarda heç vaxt favorit olmasaq da, onun rəhbərliyi altında çox yaxşı çıxış etmiş və ciddi inkişafa nail olmuşuq. Yurçeviç əla insan və məşqçidir. Təəssüf ki, o yığmada uzun müddət baş məşqçi olmadı, cəmi bir il çalışdı. Onun dönəmində Bakıda Macarıstana qol vurdum, Xorvatiyaya qarşı yaxşı çıxış etdik. Yurçeviç oyunçuları əla başa düşür, onlara daim dəstək olurdu. Onunla qonşu idik, özünə və ailəsinə hörmətlə yanaşıram.
  • “Sevilya” ilə oyunda meydanda olacaqsan?
  • Transfer dövrü mənim üçün uzun çəkdi. Bir ay heç nə etmədim. Sonra fərdi məşqlərə başladım. Hazırlığa yenicə başlamışdım ki, xəstələndim, koronavirusa yoluxdum. İndi “Dinamo”da çox çalışıram. Komanda yoldaşlarımdan böyük dəstək var. İndi görək necə olacaq. Hazır olsam, “Sevilya” ilə oyunda şans qazana bilərəm.
  • “Dinamo”ya keçmək qərarına gələndə ailən necə reaksiya verdi?
  • Bir neçə təklifim olub. Eşidəndə ki, “Dinamo” mənimlə maraqlanır, başqa variantları unutduq. Bilirsiz, anam futbolu çox sevir və yaxşı bilir. Ailədə hər kəslə danışdım. Hamı tərəfimdə idi.
  • Ailən Zaqrebdə qalacaq?
  • Qardaşım ilk gündən yanımdadır. Bacım iki gün əvvəl bura gəlib. Anam isə bir həftə sonra bizimlə olacaq. Hələlik mənzil tapmamışam. Anamı gözləyirəm. Bacım Milanda oxuyur. O, tez-tez Zaqrebə səfər edəcək. Anam isə bir müddət Zaqrebdə, bir müddət isə Bakıda olacaq. Qardaşım isə burada yaşayacaq.
Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-28 09:31

“Kəpəz”lə “Qəbələ”nin 28-ci dueli

blank
Premyer-liqa2024-04-28 09:10

Premyer Liqada bu gün daha 3 oyun keçiriləcək

blank
Digər idman növləri2024-04-28 08:51

İbrahim Əliyev İspaniyada 3-cü oldu

blank
Ölkə futbolu2024-04-28 08:34

“Neftçi” azarkeşləri ilə barışdı

blank
Digər idman növləri2024-04-28 08:17

Azərbaycan tennisçisi Fransada beynəlxalq turnirin qalibi olub

blank
Ölkə futbolu2024-04-28 08:00

“Səbail”in SABAHa ümidi qalmadı

blank
Dünya futbolu2024-04-28 02:56

“Atletiko” və “Jirona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-28 02:44

“Yuventus”la “Milan”dan heç-heçə

blank
Dünya futbolu2024-04-28 02:31

“Bayern” qalib gəldi, “Bayer” və “Borussiya”…

blank
Dünya futbolu2024-04-28 02:11

PSJ evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:28

“Liverpul” səfərdə, “Mançester Yunayted” evdə xal itirdi

blank
Dünya futbolu2024-04-28 01:00

Dadaşov qol vurdu, “Beşiktaş” derbidə məğlub oldu

blank
Digər idman növləri2024-04-28 00:11

Azərbaycan millisindən tarixi nəticə

blank
Ölkə futbolu2024-04-27 23:48

“Qəbələyə 3 xal üçün gedəcəyik”

blank
Premyer-liqa2024-04-27 23:32

“Qəbələ”də üç itki

blank
Milli komanda2024-04-27 23:18

Millinin heyətində dəyişikliklər edildi

blank
Ölkə futbolu2024-04-27 23:05

Samir Abasov Xavi ilə görüşdü

blank
Premyer-liqa2024-04-27 21:31

“Məqsədimiz mövsümü 2-ci yerdə bitirməkdir” – Renduliç

blank
Premyer-liqa2024-04-27 21:25

“Oyunun qalibi Yusif İmanov idi” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-27 21:00

“Sabah”dan “Səbail”ə 2 cavabsız qol – VİDEO

blank
Digər idman növləri2024-04-27 20:05

Azərbaycanın daha bir cüdoçusu AÇ-nin qalibi oldu

blank
Premyer-liqa2024-04-27 19:52

“Sabah” “Səbail”ə qalib gəldi

blank
Digər idman növləri2024-04-27 19:00

Azərbaycan cüdoçusu AÇ-nin finalında

blank
Digər idman növləri2024-04-27 18:12

Azərbaycan taekvandoçuları Tallində daha 1 medal qazandılar

blank
Digər idman növləri2024-04-27 17:31

Azərbaycanın 2 cüdoçusu AÇ-nin yarımfinalında

blank
Digər idman növləri2024-04-27 17:00

Azərbaycan gimnastlarından beynəlxalq turnirdə 5 medal

blank
Dünya futbolu2024-04-27 16:10

Krivotsyukun komandasından inamlı qələbə

blank
Dünya futbolu2024-04-27 15:36

Yenidən “Qalatasaray” prezidentliyinə namizəd oldu

blank
Digər2024-04-27 15:01

UEFA-nın antidopinq təhsili üzrə tədbir keçirilib

blank
Ölkə futbolu2024-04-27 14:39

Danışılmış oyunlarla bağlı növbəti seminar

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm