Premyer-liqa
“Maksimum edə biləcəyimiz budur” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 0:2 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:
“Çətin oyun oldu. Hirsli başla nələrisə demək düzgün olmaz. İkinci hissədə daha yaxşı oynadıq. Yerli futbolçular baxımından rotasiya etmək üçün geniş heyətimiz yoxdur. Legionerlərlə bağlı problem yoxdur. Bu gün Bayraməlini meydana buraxdıq. Özünü göstərməyə çalışdı. Kimisə qazandırmaq, yoxdan var etmək istəyirik. Maksimum edə biləcəyimiz budur. Əsas sıxıntımız yerli oyunçuların kasadlığıdır. Orxan Əliyev son iki oyunda heyətdə idi. Bu gün onun səhhətində problem var idi. Zəhərlənmişdi. Bizim işimiz komandanı oyundan oyuna hazırlamaqdır. Qış fasiləsinə kimi maksimum xallar yığmağa çalışacağıq. Bu gün “Araz-Naxçıvan” üst pillələrdədirsə, başımızdan yuxarı tullanmışıq”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”