Dünya futbolu
Mane üçün DÇ-2022 erkən bitdi
Seneqal millisinin və “Bayern”in futbolçusu Sadio Mane əməliyyat olunub. Bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Əməliyyatın uğurla keçdiyi bildirilir. 30 yaşlı yarımmüdafiəçinin bu səbəbdən Seneqal millisi ilə DÇ-2022-də oynaya bilməyəcəyi vurğulanır.
Daha əvvəl Manenin mundialda ilk 2 oyunu buraxacağı deyilirdi. İndi isə onun ümumiyyətlə, yarışda iştirak etməyəcəyi dəqiqləşib. Adı heyətdən çıxarılan futbolçunun əvəzinə başqası dəvət olunacaq.
Qeyd edək ki, Seneqal yığması noyabrın 20-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq DÇ-2022-də Niderland, Qətər və Ekvadorla birlikdə A qrupunda mübarizə aparacaq.
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü
- Müsahibə2024-04-26 12:11
Veşoviç ikinci titulu istəyir: “Rəqib formada olan çətin komandadır”