Dünya futbolu
Messi növbəti üç oyunu buraxacaq
Dünya Çempionatından sonra istirahət götürən Lionel Messi PSJ-nin düşərgəsinə yanvarda qayıdacaq. Klub rəhbərliyi onun növbəti 3 matçı buraxmasına şərait yaradıb.
Futbolinfo.az xəbər verir ki, argentinalı yanvarın 11-də “Anje” ilə matçda meydana çıxa biləcək. O, “Strasburq”, “Lans” və “Şatoru”ya qarşı matçlarda meydanda olmayacaq.
Digər argentinalı Entso Fernandes isə artıq meydana qayıtmağa hazırdır. O, “Benfika”nın düşərgəsinə qayıdıb. Futbolçu mümkün transferi barədə verilən suala cavabında Lissabon klubuna sədaqətini göstərərək əsl peşəkar kimi davranıb: “Cümə günü oyunumuz var, tamamilə həmin matça köklənmişəm. Transferimlə bağlı məsələlərə ümumiyyətlə, qarışmıram. Bu işlərlə təmsilçim məşğuldur”.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”